Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sevmək ağaca bənzəyir. Seven - boz bir kötüye... Sevilen-yagışa... Gecə yağışı kimi... Zaman-zaman qaranliq gecede üstünə yağan yağış sənə yeni heyat verir. Yeni ümidlərlə doldurur boz qəlbini. Axan damcılar kötüyün üzərindən süzülərək onun an derin hisselerine hopur. Sənə hopur... Boz dərin parıldamağa başlayır. Səhərə yaxın sən artıq əvvəlki boz kötük deyilsən. Tumurcuqların var, xefif yaşılaçalan yarpaqların var... Bu tumurcuqlarla birlikdə böyüyürsən sən də... Gözəlləşirsən... Artıq tenha deyilsən sen. Ümidlərin, xeyalların, sinəndə böyütdüyün çiçəklərin var... Artıq "cansız" deyilsən. Sene nefes veren yağış var... Sonra sevib böyütdüyün o elvan rəngli çiçəklərin anidən senin bütün ruhunu almağa başlayır. Sən onu böyütdükcə o seni kiçildir. Sən onu sevdikce o seni itirir. Yağmırsa daha yağış, hər gün daha çətin olur çiçəkləri sevmək. Susuz onları böyütmək, yaşatmaq... Mümkün deyil... Sonda bütün çiçəklər rənglərini itirərək solmağa başlayır. Kiçilib nazilen solğun rəngli ümidlər səndən ayrılıb yarpaqlarla bir yerde yellene-yellene sovrulur, torpağa qarışır. Nəticəde yenə boş, boz, cansız bir kötük olursan. Başladığın yere geri dönürsən sanki... Yaşamaq üçün növbəti yağışları və elvan çiçəkli ümidləri gözləməyə...
··
67 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.