Yerin görünür könüllərdə..
9/10
·78 syf.··
Beğendi
·
2023 18. kitabı
·
23 saatte okudu
·
Okunma: 19 Mayıs 2023 13:51
Salam, kitabsevərlər! Uşaq vaxtı atamla meyxana yarışlarını izləyərdik. Olardı 7, 8 yaşım. Atam meyxananın pərəstişkarı idi. Deyişmələri elə həvəslə dinləyirdi ki...Meyxana xridarları vardı. Ağa Səlim, Ağa Kərim, Nizami Rəmzi, Məşədibaba və sairə. Əliağa Vahid məktəbinin davamçıları idi bu xridarlar. Ağa Mirzə ilə, Ağa Kərim Ağa Səlimin tələbələri idi. O vaxt hələ sağ idi ustad. Məni heyrətə gətirirdi o yaşda insanların ustadı qarşısında sükut durması. ANS telekanalı vardı o dövürlərdə. Bütün bir xalqın ən sevimli operativ kanalı. "De gəlsin" verlişini yayımlamağa başlamışdı. Deməli, verlişdə juri olurdu, söz xridarlarından ibarət, bir də özünə güvənən sinədəftərlər. Tamaşaçı qismində isə xalqdan nümayəndələri olurdu. Seçimlər mərhələli şəkildə şəkildə gedirdi. Juri "ev tapşırığı" verirdi, hansı ki, iştirakçılar evdə yazıb gətirdiği meyxananı səsləndirirdilər sıra ilə. Onu da deyim ki, iki-iki yarışırdılar..İkinci mərhələdə püşkdən çıxan qafiyəyə uyğun deyişmə olurdu. Beləcə davam edirdi yarış. Ən sevdiyim "deyişmə" hissəsi idi. Təkrara yol vermək bağışlanılmaz idi, xalından kəsirdilər iştirakçıların. Meyxana söz sənətidir. Qəzəlxanların sinələrindən vərəqlədikləri təkrarolunmaz kəlamlar səslənir bu sənətdə. O vaxtlar juridə Ağa Səlim, Ağa Kərim, Ağa Mirzə otururdu. Kimlər tanınmadı ki, "De gəlsin" ilə. Rəşad Dağlı, Vüqar Biləcəri, o cümlədən də Aydın Xırdalanlı . Yaddaşlarda iz qoydun şair. Qəlbləri fəth etdiyin kimi, gedişinlə qəlbləri dağladın. Günahsız bəndə olmaz, Allah təqsiratını əfv etsin. Bu gün meyxana deyəndə, ilk ağlıma gələn sən olursan. Rəşad Dağlı olur. Səni torpaq aldı qoynuna, Rəşadı isə...Heyif sizdən, çox heyif. Vüqardan isə Qərib Xəyal kitabının incələməsində bəhs edəcəyəm. Allah sənə rəhmət eləsin #y:124857..
Edebiyat
Leysanlara DüşdümAydın Xırdalanlı · Parlaq İmzalar Nəşriyyatı · 034 okunma
·
569 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Keyifle okudum ama ne yazık ki hiçbir şey anlayamadım. Azerbaycan Türkçesi gerçekten çok hoş. Güzel okumalar dilerim :) 🙃
Kitabsever
Gönderi Sahibi
Azerbaycan Türkçesinde olduğu için kitap inceleme de Azerbaycan Türkçesinde:) Teşekkür ederim yorumumuz için. Bilmukabele
"De gəlsin" uşaqlığım...🥹
Kitabsever
Gönderi Sahibi
Vəfa Hafiz Boş yerə demirəm ki, heyif Rəşaddan:( Təşəkkür edirəm, Vəfam💙