Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

73 syf.
10/10 puan verdi
·
32 saatte okudu
Köçəri Quşlar
Bu kitabı müəllimimin tövsiyyəsi ilə oxudum. İlk öncə aforizm tipli mənsur şeirlər olduğunu düşündüm. Amma oxuduqca oxuduqlarımın bir çoxunu başa düşə bilmirdim. Bəyəndiyim misraların altından xətt çəkirdim ki, 1000kitabda payalaşa bilim. Oxuyub bitirdikdən sonra xətlədiyim cümlələri köçürəndə baxdım ki, səhifə birdə altını qaraladığın misra ilə səhifə 30dakı misra eynilik təşkil edir. Başladım xətlədiklərimi birləşdirməyə. Sonra boşluqlar olduğunu gördükdə kitabı ikinci dəfə təkrar oxudum və yarımçıq qalan boşluqlarımı tamamlaya bildim. Birləşdirə bilmədiklərim olsa da, özüm dərk etdiyim qədərini seçib sujet xəttinə sala bildim. Kitabın möhtəşəm olduğunu ifadə edərək kitabın sujet xəttini sizlərlə bölüşürəm. Növbəti postlarda birləşdirdiyim şeirləri hissə-hissə paylaşacağam. Sujet xətti: (spoiler) Adam gəlib dənizin qırağında oturub sükuta dalır. Başlayır təbiyyətin səsini dinləməyə, küləyin xışıltısını eşidib Ağacların necə yüksəldiyinə tamaşa edir və sevdiyi qadına mahnı bəstələyir. Sonra hava qaralır, Ay ilə günəşin növbələrinin dəyişməsinə diqqət yetirir. Görür qaranlıq olsa da təbiyyət dayanmır. Zəhmətin faydasından danışır və deyir ki, əslində çiçəklər gecə açılır, gündüzlər isə öz gözəlliyinin bəhrəsini görürlər. Səhər açılanda gülə arılar da yaxınlaşır, kəpənəklər də. Ardından təbiyyətin halı ilə insanlığı müqayisə edir. Görür ki, insanlar təbiyyətin gözəlliyinə vurulmaq əvəzinə ondan silahlar hazırlayıb Allah olduqlarını zənn edirlər və təbiyyəti qırmağa başlayırlar.
Avare Kuşlar
Avare KuşlarRabindranath Tagore · Okyanus Yayınları · 200658 okunma
·
130 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.