·293 syf.··Beğendi
···Okunma: 27 Mayıs 2023 14:06 Bu kitab haqqında nə qədər danışsam kifayətsiz qalar. Əgər məndən bir insanı dəlilik həddinə gətirəcək amilin ailə və yaşadığı mühit olduğuna sübut göstərməyimi istəsələr, bu kitabı göstərərdim. Baş qəhrəman, hələ 16 yaşında olan Deborah ailəsi və mühiti ucbatından şizofreniyaya tutulur. Uzun bir müddət xəstəliyi ilə mübarizə aparmaq məcburiyyətində qalan Deborahın yanında olan tək insan isə həkimi, Deborahın dili ilə desək Furi olur. Furi ona gül baxçası vəd etmədiyini, ona bu tikanlarla dolu dünya ilə mübarizə aparmağı öyrədəcəyini bildirir. Bəs öyrədə bilir mi? Deborah yenidən öz dünyası "Yr"dən "Dünya"ya qayıda bilir mi? "Yr" necə bir yerdir? "Yr" onu tərk edir mi? Bu suallara əsəri oxuduqdan sonra cavab tapacaqsınız.