Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
8/10 puan verdi
Amma dəniz hər ölü balığı ayaq altına atmır.
İlk öncə onu qeyd edim ki, kitabın ilk 80 səhifəsi məni candan usandırdı. Bəli, qəbul edirəm bu kitabı mükəmməl adlandıra bilmərəm. Amma hər kəsin həyatında ən azı bir dəfə barmaqları bu kitabın səhifələrinə toxunmalıdır. Gəlin özümüzə bir sual verək ; "Bəşər tarixini sarsıdan onu, bütün çıxılmaz yollarla sınayan ən dəhşətli hadisə nə idi?" Mənim fikrimcə indi hamı düşünür ki, bu müharibədir. Əziz dostum əmin ola bilərsən ki, bu müharibə deyil. Axı müharibəyə gələn qədər yaşanılan bir zaman periodu var: Hakimiyyət qurulur, tabelik qanunları qoyulur, məcburiyyətlər səni boğaza yığır, müharibə başlanır, bitir. Əgər ölüsənsə bu mükəmməl haldır, yox əgər dirisənsə, deməli, sənin səfil həyatın başlayır.Həm diri, həm şikəstsənsə, bu sənin üçün ömürlük əzabdır. Kitab sətiraltı mənalarla hakimiyyəti və onun doğurduğu fəsadları gün üzünə sərir. 1980 -ci il Qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanında hadisələr baş obraz Yedigeyin yaxın dostu Qazanqapın ölüm xəbərini alması ilə başlayır. Daha sonra biz, oxucuları kitabda bir sıra ağrılı həyat hekayələri gözləyir. Bütün bu insanların hər birini ortaq nöqtədə birləşdirən isə onların yaşamağa məcbur olduğu ömürlərində başqa çarələrinin olmamasıdır. Mənə kitabda ən yaxın və ən doğma obraz Abutalıb idi. Onun bütün həyat hekayəsini dolu-dolu gözlərlə oxudum. Bir insanı öz elindən, obasından,işindən didərgin salasan və bütün bunlara rəğmən yaşamağa məcbur edəsən. Ən sonda isə əlində qalan quru kağızın və paslı qələmin sənə silahdan da ağır yara aça. Kitabın ən əsas təbliğ etdiyi mövzu bu idi ki, insan hər yerdə yaşayar, hər yerdə məskən salar, yetər ki çevrəsində onun dilindən anlayan insanlar olsun. Ucsuz -bucaqsız Sarı-Özək düzənliyində məskunlaşan 8,ya da 9 ailənin yaşadığı sakit və sadə həyatı yaşamaq hansımızın arzusu deyil ki?! Amma biz zamanla manqurtlaşmağı seçirik. Düşüncə və hisslərimizin əsirinə çevrilən bir manqurt... Lakin bizim xəstəliyimizin müalicəsi əbədiyyətə qədər unutmaqdır! Bəli, əziz yoldaşlar, yad elə yad adamlar gəldi, yad qalaktikaya isə yad kosmonavtlar uçdu. Biz öyrəşmişdik ki, yad ellər bizə məskən ola bilməz.Fəqət bir səhər qalxıb gördük ki, bütün çıxış qapıları bağlanıb. Sonra alışmağa başladıq, zamanla həyatın hiyləgər qanunlarından dada-dada tülküləşdik və öz toyuqlarımızı yedik. Elə yedik ki, qarın üstündə izimiz belə bəlli olmadı! Xoş mütaliələr!
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545,7bin okunma
··
157 görüntüleme
Nahid okurunun profil resmi
Dolğun incələmə olub, xatırladıqca həm xoş həm də kədərli duyğulara qapıldım.
Jalə İslam okurunun profil resmi
Bu duyğulara səbəb oldumsa, nə xoş mənə...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.