Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

420 syf.
9/10 puan verdi
Əvvəla kitab mükəmməl idi, sadəcə dedim nədənsə 1 bal qırım O da bu boyda ağrılı-acılı həyat hekayəsinin 350 səhifəyə sığışdırılması idi. Tərcümədəndimi, yoxsa yazarın öz üslubundandırmı, roman çox axıcı idi, ona görə də əsərdə onsuz da çox olan müsibətlərin birini qurtarıb, o birisinə keçirsənmiş kimi hiss edir insan. Ona görə də 1 bal kəsdim hehe P.S. Spoilerə görə məsuliyyət daşınmır. P.S. Bax dedim ha. Əsər ümumilikdə İranın adət-ənənələrindən, orada baş verən hadisələrdən, inqilabdan, başsız qalmış İranda ortaya çıxan siyasi hərəkatlardan və nəhayət, bu hadisələrin yan keçmədiyi, hadisələri öz dilindən eşitdiyimiz Məsumədən bəhs edir. (Əsərdə "M"-lə başlayan adlar - Mənsurə, Məsumə, Mənicə; Mahmud, Məsud - çox olduğu üçün qarışdıra bilərəm.) Yazıçı Məsumə obrazı ilə oxucuların diqqətini qadın haqqlarına çəkmək istəyir və əksər Şərq ölkələrində qadına qarşı münasibəti gözlər önünə sərir. Roman boyu Məsumənin, onun simasında ana mövhumunun nələrə qadir olduğunu, ailəsinin firavanlığı üçün nələrdən imtina etdiyini görürük. Əsəri oxuyarkən, insan istər-istəməz öz durumuyla, ölkəmizdəki durumla müqayisə edir kitabda gördüklərini, nə də olsa qonşu dövlətlərik. "Əhməd demişkən, kişilər evlənməmişdən əvvəl min bir iş görərlər. Elə ki arvad aldılar, hər bir işin başını buraxarlar. Bundan yaxşısı tapılmaz. Gəncdi, ilk arvadıdı, iki qəssab dükanı var, qeyrətlidi." Bu hissəni oxuyar-oxumaz ətrafımdakı insanların görüşləri yadıma düşdü, (tələbələr arasında evlilik söhbətləri çox olur) bu qədər zaman keçməsinə baxmayaraq, inkişaf etdiyimizi düşünən biz, daxilimizdə yenə eyni insanlarıq və belə insanların sayı az da deyil. "Oğlan uşağıdı, heç nə olmaz" deyən valideynlər; "əsas pulu olsun" deyən qızlar; şərəfi, qeyrəti, düzgünlüyü qadınları limitləməkdə görən, normalda yadına belə salmayan oğlanlar olduqca içimizdəki şeytan cəmiyyətimizi geriyə çəkəcək. Dəyişmək diləyiylə
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,538 okunma
·
105 görüntüleme
Leyla Zeyniyeva okurunun profil resmi
Vergül səhvlərinə diqqət edin🗿
Həsən Əliyev okurunun profil resmi
😂xanım siz də zəhmət olmasa, bütün kitabı alıntı adıyla köçürməyin bura, vpda da elə burda da belə😂
2 sonraki yanıtı göster
Həsən Əliyev okurunun profil resmi
Bu arada nası unutdum bilmiyom amma (yəqin patandan önceki gecə yazdığımçündür😂) hədiyyə üçün
Shafa Amiraslanova
Shafa Amiraslanova
kankama teşekkürler🙃
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.