Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

505 syf.
·
Puan vermedi
·
Beğendi
·
49 günde okudu
Bilindiyi kimi bir az ağır, qarışıq bir kitabdı. Bu amilin kitabı bu qədər müddətə bitirmiş olmamda payı vardır sözsüz. Ama bir az da mənlə bağlı məsələlərdən dolayı. Hər bir halda bitirdim və indi bu yaradıcılıqla bağlı içimdəkiləri boşaltmaq üçün burdayam. Kitabla bağlı hər yerdə yazılan məlumatları düzməyəcəm bura. Həmişəki kimi sadəcə içimi doldurduğu qədər hislərimi paylaşacam. Uzun müddətdir tanış olmaq istəyirdim bu əsərlə. Uzun müddətdir dediyim,
Genç Bir Doktorun Anıları
Genç Bir Doktorun Anıları
kitabını oxuyub bitirdikdən bəri. Çünki bir yazıçı olaraq çox cəzb etmişdi məni
Mihail Bulgakov
Mihail Bulgakov
. Bir də bu kitabın tarixçəsini araşdıranda qarşıma çıxan mənzərə də istər istəməz təsirləndirdi və ən başdan özəl bir şey olduğu hissiyatı verdi. Nə də olsa bir insanın həyatının son 1/4 parçasını buna həsr etmiş olması məni daha da həssaslaşdırırdı və kitabla arama daha möhkəm bağlar qoyurdu daha başlamadan. Açığı kitabı oxuyub bitirdiyimdə düşüncələrim, bura gəlib bir kəlimə belə yaza bilməyəcək qədər qarışıq idi. Təsirlənmiş olsam da bir çox şey bir birinin içində və anlaşılmaz idi. Buna görə bir az girib başqalarının bu kitab haqda təhlillərinə, izahlarına baxmağa başladım. O sırada bu əsərlə eyni adlı rus məhsulu bir mini serial çıxdı qarşıma. Və qərara gəldim ki, bir onu da izləyim. Elə ilk səhnəsindən nə yaxşı ki, çıxıb qarşıma dedim və anladım ki, hər parçanın üzərindən keçdikcə anlaşılır olma səviyyəsi artacaq. Ki, elə də oldu. Hətta ümid etdiyimdən artığı. Sonunda bütün daşlar yerinə oturmuşdu və on qat daha təsirlənmiş vəziyətdə idim. O qədər uğurlu çəkilmişdi ki.. Hər bölümün sonunda istəmsizcə alqışlayırdım. Hər fəsil, hər səhnə, hər detal o qədər incəliyinə qədər işlənmiş, o qədər kitabla birəbir davam etdirilirdi ki, kitabı ikinci dəfə oxuyurmuşam kimi hiss edirdim hər saniyə. Bir-bir, tək-tək xatırlayırdım hər şeyi, puzzle kimi birləşirdi parçalar, beləcə də çox daha anlaşılır və təsirli olurdu. Mənim kimi kitabı bir dəfəyə oxuyub anlaya bilmə iqtidarında olmayanlar üçün şiddətlə tövsiyə edərəm kitabı bitirəndən sonra bir də buna göz atın. Kitabı oxumadan izlənməsi isə ən az kitabı ilk dəfə oxuyub bitirdiyinizdəki kimi anlaşılmaz, əlavə olaraq da sıxıcı olmuş olar. Serialı da anlamlı edən zatən kitabın özüdü çünki, yazarın bir başa qatdığı ruhu, parçaları daşıyır. Kitab anlaşılanda, başqası tərəfindən tamamlanmış belə olsa, onun üçün həsr edilən uzun illərin haqqını verəcək qədər çox incəliklə yazılmış olduğu ortaya çıxır. Bir də elə bir ustalıq qoyulub ki ortaya, kitabın içində baş qəhrəmanın yazmış olduğu ikinci bir kitab daha var. Hər bir hekayə ayrılıqda və bir birlərinə olan bağlarıyla o qədər detala, incəliyə qədər işlənib ki.. sözsüzəm bəzi məqamlarda. Obrazlar, hadisələr.. off.. həqiqətən bu cür əmək verilmiş və sonuna qədər haqqını verən bir kitabın qarşısında nə cür təriflər yağdırım ki, hər şey ortadadır. Hər şeyin başında öncəliklə qara mizah gəlir. Yazar bu stilə o qədər hakimdi ki, buna daha öncə oxuduğum kitabında da rastalmışdım. Təbii bu kitabda digəriylə müqayisə edilməyəcək qədər üst səviiyələrə çıxarıb qara mizah anlayışını. O qədər ciddi, yeri gələndə ağır, sarsıdıcı bəzən tamamən drama bürünən bu əsərdə əslində şeytan və yandaşları üzərindən elə bir oyun oynayıb ki yazıçı.. insanlar çox böyük ciddiyətlə həyatlarını yaşarkən bu obrazlar üzərindən insanlara, onların həyatlarına, dərdlərinə, sevinclərinə, qayğılarına elə bir tənqidi, aşağılayıcı və istehzalı bir baxış mənzərəsi sunulur ki. bildiyin şahəsər! Əsərdə ayrıca yer verilən sevgi hekayəsinə gəldikdə isə, yazıçı kitab boyu bununla bağlı böyük vəədlər verirdi. Hekayə olaraq nə qədər bacarıb və ya nə qədər gerçək saf sevgi hekayəsini yarada bilib, müzakirə oluna bilər. Amma obraz olaraq yenə bir ustalıq sərgiləyib. Nəticədə sevdiyi şəxs uğrunda şeytanla belə iş birliyinə girmək.. bu çox dərinlərə gedir artıq. Bəlkə də sevgi hekayəsinin özünün də möhtəşəmliyini müzakirə mövzusu olmaqdan çıxarmaq üçün qarşı tərəfdəki obraza bir az əl gəzdirmək yetərli olardı. Ama o obrazı belə elə yaradıb ki, o tərəfdən dəyişdirələcək ən adi bir şey, hər hansısa incə bir detala xələl gətirə bilərdi. Kaş hər obrazın, hər detalın üzərində uzunca qalmağa vaxtım olsaydı, o zaman deyə biləcəklərim daha çox olardı. Ama bu halda belə sadəcə alqışlanası bir ustalıqdı. Ayrıca, sona yaxın ən başdaki səhnəyə dönülməsi bir əsərdə, bir filmdə çox sevdiyim bir ayrıntıdır. Bir anda bütün yaşananları yavaşca, huzurla anımsayıram və elə duyğular yaşadır ki.. başdan bəri təsir edən hər şey sanki birləşib son olaraq toplu bir təsir yaradır. Kaş daha çox bir şeylər deyə bilsəm, ama bəzən nə qədər yazsan da sözlər yetmir, ona görə son olaraq məni çox uzaqlara aparan soundtrackini buraya qoyub ölməmə şərtiylə bir müddətlik dünyadan ay istiqamətində uzaqlaşıram.. youtu.be/sB0wadfi4_g
Usta ve Margarita
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20207,1bin okunma
·
116 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.