Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İvan İliç öləcəyini bilirdi və daimi bir ümidsizlik içindəydi. Öləcəyinə ürəyinin dərinliyində inansa da, bununla barışa bilmirdi, sadəcə ölümü başa düşmürdü, heç cür anlamırdı. Kizeveter məntiqində oxuyub öyrəndiyi sillogizm nümunəsində deyilirdi ki, Kay – insandır. İnsanlar öləridir. Buna görə, Kay da ölümlüdür. Ömrü boyu fikirləşirdi ki, ölüm ona deyil, yalnız Kaya aid ola bilər. Kayın insan olmağını, ümumiyyətlə, məxluq deyilən şeyi, tamamilə ədalətli sayırdı. Amma o nə Kay idi, nə də məxluq, özünü həmişə, həmişə, hamıdan fərqli bir varlıq hesab edirdi.
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.