Gönderi

404 syf.
·
Not rated
Vulf Dorn yazarından oxuduğum daha bir kitab . Mənə görə , daha doğrusu gerilim, qorxu, həyəcan dolu film izləməyə qorxan, lakin bu janrı sevən biriləri üçün onun yazmış olduğu kitabları oxumaq əladır.Bu kitab digər kitablarından biraz qorxulu olsa da maraqlı idi.Bilirəm ki kitabın filmi çıxsa idi bəzi səhnələrə görə baxa bilməzdim qorxardım)) İndisə keçək kitaba.. Kitab 18 yaşlı qızın əyləncə məkanında yerə yıxılıb,21 dəqiqəlik ölü vəziyyətə düşməsi ilə başlayır . Gözlərini xəstəxanada açan bu qız o gün o hadisələrin necə baş verməsi ,onu bu hala salanın kim olması haqqında heç bir fikri yoxdur .Lakin ən pisi isə onun ən yaxın rəfiqəsi Zoya ortalıqdan itmişdir. Dostunun sağ qalmasına inanan və onun xilası üçün hər cür riskə girməyə çalışan bir qızın mübarizəsini görəcəyik. Kitabdə ən önəmli və vurğulanan məqam isə o dünya ilə indiki dünya arasında ki əlaqələrdir.İnsanlar ölüb getdikdən sonra vəya ölüm anında həyatda olan şəxslər ilə əlaqə qura, danışa , onlara hansısa məlumatları verə bilərlərmi? Yazıçı həm yazmış olduğu hekayədə,həm də kitabın sonluğunda bu məqamlara öz münasibətini bildirmişdir.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022258 okunma
·
115 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.