21 Kölgə Yoldaş

Wulf Dorn
Nikkanın 16 yaşı var. Bar və kafe əyləncələri qətiyyən onluq deyil. Bununla belə, onun başına bütün valideynlərin qorxduğu şey gəlir: kimsə onun içkisinə zəhər qatır. Nikka xəstəxanada özünə gələndə baş verənləri xatırlamaqda çətinlik çəkir. Məgər o, bayaq rəfiqəsi Zoya ilə şənlikdə deyildimi? Nikka öldüyünü öyrənir – düz 21 dəqiqə. Dəhşətli deyilmi? 21 dəqiqə ərzində Nikkanın ürəyi döyünmür... O, tunelin sonundakı işığı görür. Nikkanın rəfiqəsinin müəmmalı şəkildə yoxa çıxması onun həyatını tamamilə dəyişir. Rəfiqəsi Zoyanı axtararkən özündə fövqəladə bacarıqlar kəşf edir. O, kölgələr, qarabasmalar, kabuslar görür... Nikka ona və rəfiqəsinə kimin pislik etdiyini öyrənməyə, bu məşum sirrin üstünü açmağa çalışır... Vulf Dorn əsərin epiloqunda romanı yazmaq üçün ilhamını haradan aldığını izah edib. Müəllif Nikkanın başına gələnlərə oxşar şeylər yaşamış insanların düşüncələrini və təcrübələrini bir araya gətirib. Yazıçının bu sahədə çox ətraflı və dərin araşdırmaları olduqca diqqətəşayandır. Bu, tibb işçilərinin işindən başlayaraq nevroloji müalicə prosesinin xırdalıqlarına qədər gedib çıxır. Əminliklə deyə bilərik ki, Vulf Dorn öz işinin öhdəsindən yenə də layiqincə gəlib..
Author:
Wulf Dorn
Wulf Dorn
Estimated Reading Time: 11 hrs. 27 min.Page Number: 404Publication Date: 2022First Publication Date: 24 June 2019Publisher: Press Nəşriyyatı
ISBN: 9789952563245Language: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
402 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 17 hours
Kitabı indicə bitirdim və uzun müddət sonra Wulf Dorn'un tanış qələmiylə yazılmış kitabı oxuyub canıma çəkmək mükəmməl duyğudur. Kitabın axıcılığına söz ola bilməz və artıq Wulf Dorn kitabları üçün ənənə halına gələn "3-4 səhifədən bir yeni bölməyə keçid" həqiqətən də, oxumağı sürətləndirirdi. Mənim fikrimcə, daha əvvəl oxuduğum kitablarına nisbətən bu yeni kitab daha az qorxulu idi. ( Kitabı oxuyanda bunu daha yaxşı anlayacağınızdan əminəm). Azərbaycan dilində oxuduğum ilk Wulf Dorn kitabı idi və düşünürəm ki tərcümə, həqiqətən də, çox uğurlu alınıb. Ahammmmm bu kitab da beləcə oxundu və rəfə qoyuldu. Tək təsəllimiz Wulf Dornun öz dediyinə görə, yenicə bir kitabı yazmağa başlamasıdır))). Sizə xoş oxumalarrrrr.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
Reklam
404 syf.
8/10 puan verdi
·
Read in 31 days
İki rəfiqənin başlarına gələn faciəvi hadisə onların həyatlarını dərindən sarsıb sirli keçmişi üzə çıxardacaq. 21 dəqiqəlik ölüm anı və ölümdən sonraki həyatın varlığına fərqli aspektdən yanaşılmış bir hekayə. Eyni zamanda ailə və dostluq münasibətləri, edilən fədakarlıqlar çox gözəl qələmə alınıb kitabda. Hər nə qədər kitaba adaptasiya olub qısa müddətdə bitirə bilməsəm də süjet xətti gözəl işlənmişdi. Sadəcə olaraq Wulf Dorn'un oxuduğum digər kitablarına nəzərən fərqli tərzdə olmasıyla kitabı çox da sevə bilmədim..
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
404 syf.
·
Not rated
·
Read in 4 days
Dostumun hədiyyəsi
Əvvəla demək istərdim ki , oxumağa səbirsizləndiyim , çox sürükləyici , oxuduqca növbəti hissəsini həyəcanla gözlədiyim , bitdiyinə heyifsiləndiyim bir kitab idi. Vulf Dorn insanların qəlbini və beynini ələ keçirməyi çox yaxşı bacarır. Və digər kitabları kimi bu kitab da favorilər siyahıma daxil oldu.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
404 syf.
7/10 puan verdi
·
Read in 37 days
Ölüm və həyat
Bu əsərdə iki əkiz qız verilir . Eyni yumurta əkizləridir. Təməl düşüncələri belə eynidir . Ancaq fərqli ailələrdə böyüməyin onların şəxsiyyətlərinə necə təsir etdiyi çox yaxşı göstərilib. Ölüm və həyat məsələsini, ailənin insan şəxsiyyətinin formalaşmasına təsirini , dostluğu , ailə münasibətlərini anlamaq üçün oxuyun.
21 Kölgə Yoldaş
21 Kölgə Yoldaş
Wulf Dorn
Wulf Dorn
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
Reklam
404 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 29 days
Uzun zamandan sonra kitabı bitirdim bir az gec oldu bilirəm. Kitab haqqında fikirimi bildirmək istəyirəm. Müəllifin bir çox kitabını oxumuşam bu kitab onlar qədər olmasa da yaxşı idi. Olduqca yaxşı tərcümə edilmişdi. İki qızın dostluğundan bəhs edilir. Günümüzdə belə dostluqlar çətin tapılır. Qısacası mövzu olaraq bəyəndim oxumağa dəyər. Peşman olacağınıza inanmıram çünkü Wulf Dorn öz işinin öhdəsindən layiqincə gəlib. Dostluq hər şeyədən güclüdür.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
404 syf.
·
Not rated
Salamlar. Uzun bir müddətdən sonra yenidən Wulf Dorn kitabı oxuduğum üçün çox xoşbəxtəm. Wulf Dorn kitablarını çox sevirəm və bu yazar mənim üçün bütün kitablarını oxuyaram dediyim yazarlar siyahısındadır. Yazarın digər kitablarına nəzərən daha az qorxu janrında idi kitab fikrimcə. Amma buna baxmayaraq çox axıcı idi və nə vaxt bitdiyinin belə fərqində olmadım. Kitabda xüsusilə "dostluq" çox saf və gözəl şəkildə təsvir olunmuşdu. Kitabın baş qəhrəmanı 16 yaşli Nikkadır və o ən yaxın rəfiqəsi olan Zoya ilə birlikdə şənlikdə iştirak edir. Lakin bundan sonra hər ikisi üçün qorxu və sirr dolu günlər başlayır. Bu arada Nikkanın həyatını xilas edən və onu bu çətin günlərdə tək buraxmayan Saşa obrazını da bəyəndim. Çox ətraflı danışıb "spoiler" vermək istəmirəm. Kitabda yer verilən mahnıların bəziləri ilə əvvəlcədən tanış idim, amma bəziləri ilə də bu kitab vasitəsilə tanış oldum. Kitabı oxuyarkən xüsusilə bu mahnını çox dinləyirdim. youtu.be/KDCJph1Nmeg ☆☆ Əslində bu mahnı elə başdan bəri bizə mesaj verirmiş. :) Xoş mütaliələr. ☆☆
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
404 syf.
·
Not rated
Vulf Dorn yazarından oxuduğum daha bir kitab . Mənə görə , daha doğrusu gerilim, qorxu, həyəcan dolu film izləməyə qorxan, lakin bu janrı sevən biriləri üçün onun yazmış olduğu kitabları oxumaq əladır.Bu kitab digər kitablarından biraz qorxulu olsa da maraqlı idi.Bilirəm ki kitabın filmi çıxsa idi bəzi səhnələrə görə baxa bilməzdim qorxardım)) İndisə keçək kitaba.. Kitab 18 yaşlı qızın əyləncə məkanında yerə yıxılıb,21 dəqiqəlik ölü vəziyyətə düşməsi ilə başlayır . Gözlərini xəstəxanada açan bu qız o gün o hadisələrin necə baş verməsi ,onu bu hala salanın kim olması haqqında heç bir fikri yoxdur .Lakin ən pisi isə onun ən yaxın rəfiqəsi Zoya ortalıqdan itmişdir. Dostunun sağ qalmasına inanan və onun xilası üçün hər cür riskə girməyə çalışan bir qızın mübarizəsini görəcəyik. Kitabdə ən önəmli və vurğulanan məqam isə o dünya ilə indiki dünya arasında ki əlaqələrdir.İnsanlar ölüb getdikdən sonra vəya ölüm anında həyatda olan şəxslər ilə əlaqə qura, danışa , onlara hansısa məlumatları verə bilərlərmi? Yazıçı həm yazmış olduğu hekayədə,həm də kitabın sonluğunda bu məqamlara öz münasibətini bildirmişdir.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
404 syf.
9/10 puan verdi
·
Read in 4 days
Salamlar hamıya Nikka və Zoya otuz bir oktyabr P2 klubda Hellouin bayramına görə keçirilən əyləncəyə qatılırlar. Burda Nikka naməlum şəxs tərəfindən içkisinə qoyulmuş qamma butiralokton ilə zəhərlənərək 21 dəqiqə ölü vəziyyətində qalır, rəfiqəsi Zoya qaçırılır. Nikkanın 21 dəqiqə keçirdiyi o dünyada gördüklərini onun həyatını qurtaran sanitar Saşa bilir. Saşanın o biri dünyaya inanmamağına səbəbi olduğundan Nikkanın söylədiklərinə əks arqument gətirir. Saşa o dünyanın var olması ilə bağlı Nikkadan fərqli düşünsədə Nikkaya rəfiqəsi Zoyanı axtarmaqda kömək edir. Dostluq və o dünyanın var olub - olmaması barəsində yazılmış romandır. Yazıçı son söz və minnətdarlıq hissəsində qeyd edir ki, kitabı yazmağında Nikkanın vəziyyətinə düşənlərin yardımı olub. Lakin müəllifdə Saşa kimi o dünyanın varlığına inanmır. Dostluqlarının nişanı olan qolbaqlar taxan Nikka ilə Zoyanın dostluğu kimi dostluqlar isə təkzibedilməz həqiqətdir. Nikkanı zəhərləyən, Zoyanı qaçıran insanla empatiya qura bildim. Hətta bu mənəm ki, dedim. Kitabın tək mənfi yanı həyəcanı olmamasıdır.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
Reklam
404 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 24 hours
Wulf Dorn oxumaq mənə 15-16 yaşlarımı xatırlatdı.
~düşünürəm ki,gənckən oxusaydım daha çox xoşlayardım. ~Niyə məhz 21 onu anlamadım,bəlkə də bununla bağlı bir detal var idi amma mən qaçırtdım,tam dəqiq deyə bilmərəm. ~deməli mən özümü bildim biləli azərbaycanca kitab oxuya bilmirəm(bu tərcümə vs. səbəblərdən ola bilər).Lakin yay nəşriyyatın tərcümə dilini bəyəndim,kitabın axıcılığımı qoruyub saxlamışdı fikrimcə.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022245 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.