Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Key onun həyatından axıb getmişdi. "Yox, heç vaxt, heç vaxt" sözləri onun qəlbinin lap dərinliyindən gəlirdi. İndi onlar artıq Keyin deyil, Vinsentin sözləri idi. O bu sözləri tez-tez ürəyində təkrar edib deyirdi: "Yox, heç vaxt, heç vaxt sən onu görməyəcəksən. Heç vaxt onun mehriban səsini eşitməyəcək, onun dərin göy gözlərindəki təbəssümə baxıb həzz almayacaqsan, yanağınla bədəninin hərarətini duymayacaqsan. Sən heç vaxt sevginin ne olduğunu bilməyəcəksən, o yoxdur, hətta sənin bədənin əzab sınağında qovrulub yandığı o qısa anlar da yoxdur!" Onun boğazında dözülməz, çarəsiz bir ağrı başladı.
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.