Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Nəbi Xəzri – Dəniz, göy, məhəbbət
- Dənizi hədiyyə verirəm sənə... Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin... Ayrıldıq qəribə hədiyyələrlə, Göylər eşqim kimi mənə əzizdir. Ayrıldıq dənizlə, ağ ləpələrlə, Necə aparasan? Dəniz dənizdir. Dənizi verdim ki, sənə hədiyyə, Gəldiyim sahilə gələsən bir də. Məni görməyəndə o mənəm - deyə, Mənimlə danışıb, güləsən bir də.
·
500 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.