10/10
·460 syf.··
Beğendi
·
2023 2. kitabı
·
26 günde okudu
·
Okunma: 31 Ocak 2023 00:00
"Səbirsiz ürək" və ya "Acımaq"... Oxuyanda bir çox sual adamın ağlında fırlanır, amma bunlardan ən böyüyü "sevməkmi, sevilməkmi?" sualı idi. Psixoloji təhlillərin, qarışıq duyğuların dərinlərə nüfuz etməsindən danışılır kitabda. Hər zamankı Zweig kitabı; psixologiya qoxulu. Leytenant Hofmillerin Kekesfalva villasına dəvət edilməsi ilə başlayır hekayə. Dəvət zamanı hər kəslə rəqs edən gənc leytenant Kekesfalvanın 17 yaşındakı qızı ilə də rəqs etmək istəyəndə aləm dəyir bir-birinə. Kitabın tən yarısı leytenantla 17 yaşlı Edithin tanış olması və gün ərzində etdikləri yoldaşlıqdan bəhs edilir. "Ürəyi ağrımaq", "yazığı gəlmək" ifadələri oğlanın mərhəməti, qızın ilk xoşlantısı və böyük bir mümkünsüzlük arasında sıxışıb qalır. Kitabda elə statlar var ki, heç hekayəni oxumayan birisi belə o statla hər şeyi anlayar. "Kişi her şeyden kaçabilir, yalnızca kendinden asla!" / "İnsanın vicdanı hatırladığı müddetçe, hiçbir hata unutulmuş değildir."
1000Kitap
Sabırsız YürekStefan Zweig · Can Yayınları · 20167,5bin okunma
·
246 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
Düşünərək hər bir anı ötürüb. İzləməksə iki yerə bölünüb. Biri məndən,biri hissdən gələnlər. Bu sözləri sizcə doğru deyirlər? Mən hiss etdim,bu sözləri işlədir. O yoxdusa görən necə hiss edir? Var olanı öz adına keçirib. Özün güclü göstərərək sevinib. Nədən özün güclü kimi göstərir? Oxşanmağı,sevilməyi arzulayır,istəyir. Heç kəs ona diqqət etmir incinir. Sonra xoşa gəlmək üçün fərqlənir. Fərqlənməksə başqa neçə qurulur? Başqalarla yarışlara qoşulur. Nəsə var ki,yarışları xoşlayır. Diqqətsizlik bəlkə bunu başladır? Anlamağın özü əlbət fərqlənir. Narahatlıq yox ki,daha tələsmir. Niyə qaçsın çarə onun özündə. Onu görər yalnız çözüm gələndə. Çözüm gəlir deyir onu mən etdim. Necə görsün sözü deyib mən etdim. Daha baxmır yaşananlar hardandır. Cavablarda həmşə özü başdadır. Mən bilirəm,deyir həmşə o sözü. Nə etsə də ölçü verən o özü. Ölçəcəyi tutur həmşə bir gözü. Tərəzinin bir gözündə o özü. Ölçülənə necə qiymət verilir? Sevəcəyin ölçüb sonra bəyənir. Ölçənəsə xoş gəlməsə istəyir? Sevə bilmir sonra sevgi yox deyir. Sevgi indi seçilmlərə deyilir. Seçmək yalnız seçən üçün edilir. Seçən onu özü üçün istəyir. Sevgininsə dəyərini bilməyir. Gəlib beyinə yaşayanı qınayıb. Düşünərək sonra məntiq yaranıb. Sual verir cavabların gözləyir. Cavablarsa sözsüz gəlir izləmir. Elə bilib cavabında söz gələr. Anlamır ki,sözü yalnız o deyər. Söz yaradan hər şeyə də ad qoyur. Yalnız sözü əzbər edib qoruyur. Sözlər yaddan çıxşa olur narahat. Düşünür ki,tapsa olar o rahat. Çoxlu sözlər bilir yenə anlamır. Anlamaqsa heç sözləri aramır.
Sevgi,istək bunlar görən eynidir? Görək bəlkə bir-birindən fərqlidir? Sevən özün sevdiyindən ayırar? İstəkdəsə mənlə,o olar. Sevgi istək bir-birinə qarışdı. Vərdiş etdik dil sözlərə alışdı. Elə bildik hər ikisi də eynidir. Anlamadıq hansı nəyə derilir. İstək sizcə biliksiz qurulur? Biliksiz də fikir arzlar tutur? Sizcə fikir sevgi nədir anlayır? Bəklə sevgi hissiyatdan yaranır? Fikir yenə eyni sözü işlədir. Sevgi məndən olduğunu bildirir. Baxaq bəlkə fikir sevgi yaradıb? Fikirləşib sevgi ortaya çıxıb? Fikir necə canlıya yol göstərər? Gəlib ona hiss etməyi öyrədər. Hiss etməyi sizcə fikir keçirər? Hiss olmadan görən necə düşünər? Fikir hissdən gələnləri qarşılar. Gələnlərin içrə seçim aparar. Hansı doğru,hansı yalnış ayırar. Yalnış edib sonra doğru axtarar. Fikirləşmək necə gedir izlədik? İzləsəydik nə etdiyin görərdik. Niyə onu ali kimi yaratdıq? Yalnış edib onu önə çıxartdıq. Baxıb görək varlığı nə yaradır? Ona canı verib olanları yaşadır. Verir,alır,keçir cismi anladır. Verən,alan,keçən sizcə ayrıdır? Bir olanı parçalayıb ayırdıq. Sonra parça üzərində çalışdıq. Parçalara ayrılanı birləşdirmək istədik. Amma bunu necə edək bilmədik.
Sevgini alanın özü yerində. Sevginin özüsə məqsəd əlində. Məqsədin özüsə mənin özündə. Sevgiyə hökm edən artıq zülümdə. Onu ötürmədən almaq olmayır. Onu yaşamadan vermək olmayır. Onsuz dünyanın özü olmayır. Zalımsa dünyadır,belə baxmayır? Hər şeyin yaxşısın tələb edən var. Yaxşının dəyərin deyin bilən var? Yaxşının dəyəri elə yaxşıda. Yaxşını yaxşısa buraxmaz əsla. Yaxşı nədir görən anlayırıq biz? Doğrular olanda sevinirik biz. Doğrunu bizlərə kim verər görən? Doğrular hardandır bunu var bilən? Doğrunu verməsək kimə vermərik? Bəlkə sevməyən birinə verdik? Sevməyən necədir hardan bilirik? Sevginin özü var ondan bilirik. Sevməyən birinə düzü vermirik. Ondan yalnışlar gəlir onu bilirik. Yalnışı verəndən əzab çəkirik. Nədən yalnış verir onu bilirik? Bəlkə də bizdən düzü almayıb? Səhvlər niyə verilir onu anlayıb. Anlayır doğrular sevəndən gəlir. Yalnışlar onu da alçaldıb əzir. Bizi də yalnışlar alçaldıb əzib. Ondandır cavabı eynən verilib. Sevməyən sevilmir de bunu bilib? Nədəndir sevgidən imtina edib? Doğrular bizlərə maraqlı deyil? Nədəndir həmişə sual verilir? Bəlkə də doğrunu görmək istəyir? Eşidən qiyməti gör necə verir? Eşidən dinləyir necə deyəni? Ondakı biliklər vermir qiyməti. Deyək ki,biliyi yox dinləyənin. Bax səsi çıxırmı heç hökm edənin? Qulaq asan indi elə biliklər. Eşidən sözləri özü ələklər. Birini yaxşıya,birini pisə. Ələkdən keçəni məqsəd bəlirləyər.
Doğulan anıda bir olan bu şey. Düşünüb bölərək yaratdı çox şey. Düşünmək hər zaman axtarır bir şey. Dayana bilməz ki,olmasa bir şey. Birliyi yaradır yalnız anlamaq. Anlamaq bu isə biliksiz baxmaq. Biliksiz,heç kimsiz cavabı bilmək. Buna da deyilir hiss ilə görmək. Hiss ilə baxaraq yaşamı sezmək. Cismin hərəkət yerini görmək. Baxaraq birinə cavabı tapmaq. Vücuda deyil də içinə baxmaq. Baxıram deyək ki,elə pişiyə. Soyuqdan yığılıb,sıxılıb küncə. Onun yaşadığın yaşadım mən də. Anladım niyə o,edir ki,belə. Baxıram birinə iş görür elə. Yüksəkdən bir əşya düşür əlinə. O anda yaşadım bu şeyi mən də. Bəs mənə nə olub edirəm belə? Axı o,düşməyib mənim əlimə. Çəkirəm acını onunla birgə. Bu anda anladım vücud ayrıdır. Bu isə yaşanan şeyi anladır. Hər şey bu dünyada olub əzəldən. Vücud,hiss,duyğular,düşüncə və mən. Fikir,istək,seçim,axtarmaq,bilik. Hamısı olsa da bunu görmədik. Bu fərqli yaşamdır anlayan çözər. Yaşamın cavabın tam dəqiq görər. O zaman anlayar sevgi nədir. Anlamak sevgini yaradır bilər.