Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

455 syf.
·
Puan vermedi
·
13 günde okudu
"Çərpələng uçuran" kitabını oxuduqdan sonra dedilər bu daha təsirli və ağır kitabdır. Oxumağa başladım. Həqiqətən də elə idi. Hər oxuduğumda içimdə qəzəb, kədər, acı olurdu. Kitab Əfqanıstanda baş verən ölkədaxili və xarici müharibələri bundan təsirlənən çoxlu günahsız insanın çəkdiyi əzabları əsas da qul gözü ilə baxılan, davranılan qadınları anladırdı. Qadınların alçaldılması, tapdalanması və əşya kimi istifadə olunması həqiqətən də bir zamanlar elə indi də bəzi yerlərdə bunun olması kitabın təsirini daha da artırırdı. Dini nə qədər müqəddəsləşdirsələr də onu öz xeyirlərinə görə istifadə edirdilər. "Şimalı göstərən kompas əqrəbi kimi, kişinin şəhadət barmağı həmişə qadını göstərir. Yadda saxla, qızım, günahkar həmişə qadın olur." Bəzən iki cümlə belə gerçək həqiqətləri deyildə Toplumun görmək istədiyi həqiqətləri sənin də onlar kimi görməni istədikləri yoxsa toplum tərəfindən əxlaqsız gözü ilə baxıldığını deyirdi. Kitabı tez bitirmək mümkün deyildi. Çünki bəzi hadisələr elə təsir bağışlayırdı kı, o təsirdən uzaqlaşmaq üçün zamana ehtiyacın olurdu.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,1bin okunma
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.