Puan vermedi·264 syf.····Okunma: 18 Haziran 2023 18:49 Əsərin verdiyi hissləri sözlərlə ifadə etməyi bacarmıram. Xalqımızın repressiya illərində çəkdiyi ağrılı hadisələrdən biri olan "Aljir", yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına həsr olunub.
Qara siyahıya bəyaz hərflərlə yazılmış Akmol qurbanlarımız. Əslində həyatın mənası, yaşamağ burada sorğulandı.
Mən şəxsən öz adıma düşünürəm ki, kitabda qeyd olunan özbaşınalıqlar ve guya ədalət çərçivəsi daxilində olan ƏDALƏTSİZLİKLƏR aysberqin sadəcə görünən bir parçasıdır.
Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər axı? Hətta gələcəkdə övladından "sizdən-valideynlərimdən nifrət edirəm" cümləsi ilə bitən məktub almışsa?
Necə deyərlər, yaşamağın intihar olduğu yerde, intihar lüzumsuz qalıb...
Mən bu incələməni məni dərindən sarsan, düşündürən, yerlə-bir edən və emosiyalarıma hakim ola bilmədiyim Firuzənin bir cümləsi ilə bitirmək istəyirəm.
" Bu gün ana oldum. Amma unutmuşam, unutmuşam ki, məni axırıncı, ya da birinci dəfə kim zorlayıb..."