Kitabımız 3 dost və bir şeytanın ( Məhcul əl-Daimin) universitet illərindən bəhs edir. Əli Taha sosialistdir İhsan adlı gözəllər gözəli amma kasıb qıza aşiqdir. İhsanı ailəsi gələcəkdə gözəlliyi ilə varlı birinə evlənməsi və onları kasıblıqdan qurtarması üçün yetişdirur. Əhməd Bəkir jurnalistdir. Məmun isə imanı bütov bir gənc. Məhcub isə kasıblıq içində böyüyən heç bir ideyası və prinsipləri olmayan, hər şeyi cəfəngiyyat adlandıran, pul üçün hər şey etməyə razı olan gəncdir.
Universitet bitirəndən sonra işə düzəlmək istəsə tanışı olmadığı üçün yaxşı maaşlı iş tapa bilmir. Əl-İxşidi (yerlisi) ona Qasım bəyin sevgilisinin (Qasım
Bəy evlidir) rəsmi əri olmasını və bu sayədə də onun işlə təmin olunmasını təmin edir. Heç bir prinsipi olmayan Məhcub buna razılaşıb İhsan ilə evlənir, bahalı həyat tərzi keçirir, dostları ondan yavaş-yavaş uzaqlaşır Məhcub isə ailəsini də unudur.
Bir zaman isə Qasım bəy Məhcuba əl-İxşididən daha yüksək vəzifə təklif edir. Bunu eşidən əl-İxşidi isə qisas almaq üçün Məhcubun və Qasım bəyin ailəsinə reallığı deyir və böyük çaxnaşma yaranır( əslində sirrin kim tərəfindən açılması bilinməsə də əl-İxşididən başqa bunu edə biləcək biri yox idi) Nəticədə Məhcub və İhsan hər şeylərini itirir.
Görəsən pul vəzifə uğruna hər şeyi edə biləcək hamını eyni aqibət gözləyirmi?
Daima öz doğrularınıza bağlı və kitabla qalın.