Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

83 syf.
9/10 puan verdi
Stefan Zweig ‘’Satranç əsərinin təhlili.
Stefan Zweigin Şahmat əsəri müəllifin daha çox tanınmasına səbəb olan və oxunan əsərlərindən biri bəlkədə birincisidir. Yazar haqqında onu deyə bilərəm ki o elə bir insandır ki onun qəlbi dünyada baş verən hadisələri qaldıra bilmir və beləcə vətənindən çox uzaqda ‘’Artıq günəşin doğmasını gözləyəcək gücüm qalmadı ama siz yeni doğacaq günəşi mütləq gözləyin’’ deyərək yoldaşı ilə birlikdə həyatına son verir.Müharibə , göz yaşı , ölüm və ağrıya və bunların səbəbkarı olan insana küsgün şəkildə ayrılır Zweig bu dünyadan. İnsancıqlara sevginin , mərhəmətin və dincliyin , insanI insan edən incəliklərin varlığından xəbərsiz olub müvəqqəti dünyanın onlara qalacağını və özlərinin də bu dünyanın əbədi hakimi olacağını zənn edən kəslər səbəbi ilə intihar edir bizim həssas qəlbli dahimiz... O intihar edir lakin arxasında elə əsərlər buraxır ki o əsərlər bu günümüzə də , sabahımıza da işıq tutur və minlərlə beyin Zweigi anlayaraq ətrafına işıq olur. ‘’Şahmat’’ da diqqətli oxuduğunuzda həm psixolojik həm sosyolojik həm də ədəbi mənada təsəvvür etdiyinizdən artıq faydalar qatacaq bir kitabdır. Bir gəmi səyahəti zamanı şahmat sahəsində ultra istedadlı olub demək olar ki bütün nailiyətləri əlində cəmləyən lakin intellekt və mənəvi anlamda heç bir qiymətə sahib olmayan Czentovic obrazının qarşısında yer alan bir neçə şəxsin birləşməsi ilə yaradılan rəqiblərini oyununa müdaxilə edən , intellekt və zəka səviyəsi yüksək , mehriban və həyata qarşı dəyərləri olan obraz Dr.B nin taxta üzərindəki mübarizəsi. İlk baxışda elə də diqqət çəkməyən bu məzmun daxilində əks etdirdiyi dərin psixolojik analiz dəyərində olan sətrlərlə çox daha qiymətli hal alır.Ümumiyətlə Zweig sizi hansısa dünyəvi məkana deyil zehninizin ən arxa hissələrinə götürür və oralarda sizi dərin sorğulamalarla tək qoyur. Dr.B Zveigin prototipidir hansı ki eyni şəkildə Czentovic obrazı da Hitlerin prototipi olaraq qarçımıza çıxır.Səbəbi Zweig demək olar ki İkinci Dünya müharibəsinin başlanğıcını qoyan və baş rolunda Hitlerin olduğu filmə üsyan edirdi. Şahmat taxtası və oyun isə dünya və mübarizəni simvolizasiya edir. Hakim olan gücün fərd üzərinə təsirinə yoğunlaşır Zweig və onun bədəninə deyil ruhuna verilən işgəncəni yəni heçliyi ələ alır. Heçlik...Hansı ki bu məhvum haqqında əsərində deyir ; ‘’ çünkü bilindiği gibi yeryüzünde hiçbir şey insan ruhuna hiçlik kadar baskı yapmaz’’ Qüvvənin fərdi heçliyə doğru sürüklədiyindən bəhs edir Zweig və bəşər üzərindəki ən təhlükəli və sıx suların bu heçlik olduğuna toxunur çünki heçlik bir zaman sonra bütün ruha hakim olmağa başlayır nəticədə dəyərlər və insan adına ali olan hər məhvumu çevrəliyərək onlar üzərində yəni insan üzərinə hakim olaraq yaşam adına mənəvi anlamda hər şeyi əlindən alır. ‘’suskunluğun siyah okyanusundaki cam fanuslu bir dalgıç gibi yaşıyordu insan, kendisini dış dünyaya bağlayan halatın kopmuş olduğunu ve o sessiz derinlikten hiçbir zaman yukarı çekilmeyeceğini ayrımsayan bir dalgıç gibi hatta’’ ‘’Ama ne kadar soyut görünürlerse görünsünler, düşünceler de bir dayanak noktasına gereksinim duyarlar, yoksa kendi çevrelerinde anlamsızca dönmeye başlarlar; onlar da hiçliğe katlanamaz’’ Oxuduqca insanı düşünməyə məcbur edən bu sətrlərdə də heçliyin təhlükəsini ifadə edir. Dr.B Almanlar tərəfindən əsir olaraq qaldığı zaman tapdığı Şahmat kitabı ilə özünü ağ mən və qara mənə ayırmağa və beləcə özü ilə şahmat oynamağa başlayır.Bu əməli isə ‘’Kendine karşı satranç oynamayı istemek, kendi gölgenin üstünden atlamak gibi bir paradokstu’’ deyə insanı heyrət içərisində buraxan bir dil ilə ifadə edir. Fərdin özünü zehnində bölməsi və iki ruh halını eyni zamanda yaşaması.. Bu anlamda Zweigin insan psixologiyasının dərinliyinin inanılmaz bir örnəyini ədəbi mənada ustaqlıqla göstərdiyini düşünürəm. Əlqərəz bu əsəri demək olar ki hər oxucu diqqətlə oxumalı və analiz etməli hər öyrəndiyi bilgi üçün Zweigə minnətdar olmalıdır…
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020237,9bin okunma
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.