Sanatın Öyküsü Son zamanlarda oxuduğum ən faydalı kitabdır. Sənətlə bağlı yazılmış bu əsərdə mağara rəsimlərindən günümüzədək sənətin keçdiyi yol xronoloji ardıcıllıqla verilib. Tarix dəyişdikcə insanların yaşam şərtlərinə görə sənətə münasibətləri də zaman içərisində fərqli yönlərdə olub. Kitabda antik sənət, ellinistik sənət, qotik üslub, renessans sənəti , barok üslubu, neo-klassizim, impressionizm, kubizim, sürrealizm cərəyanlarının hər biri yaranmalarına səbəb olan tarixi hadisələrin inkişafı fonunda və müəllifin seçdiyi müxtəlif rəsm və memarlıq nümunələri ilə teqdim olunur. Sanatın Öyküsü hər nə qədər akademik bir kitab olsa da səhifələrindəki rəngbərəng şəkilləri, sadə yazı dili ilə olduqca oxunaqlıdır. Eger bir muzeyde, sergide, kilsədə və s. sənət nümunələrinə baxıb keçmek yerinə onları anlamaq istəyirsinizsə mütəq bu kitabı oxumalısınız.