Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

288 syf.
8/10 puan verdi
·
14 günde okudu
Hər şeyi "içimizdəki şeytan"ın üstünə ata bilərik mi ?
Sabahattin Alinin " kürk mantolu Madonna" əsərinə o qədər həvəslə başlamışdım ki... Amma bitirdikdə heç də böyüdüldüyü qədər möhtəşəm bir əsər olmadığını görmüşdüm. Və məndə belə bir düşüncə yaranmışdı ki, Sabahattin Ali'nin tərzini sevmirəm və onun kitablarının şişirdildiyini düşünürdüm. İçimizdəki şeytan kitabına da o qədər də böyük həvəslə başlamamışdım. Kürk mantolu Madonna məni nə qədər təəccübləndirmişdisə, İçimizdəki şeytan da bir o qədər təəccübləndirdi. Amma bu dəfəki təəccübüm müsbət yöndə oldu. Kitabı sevdim... Dili axıcı və sadədir. Kitab yarıya qədər mənə əslində sıxıcı görünürdü. İndi də kitabın ən axıcı və maraqlı hissəsinin yarıdan sonrası olduğunu düşünürəm. Kitabın məzmununu yazdım yazdım sildim :) Və qısa bir şeylər yazmaq qərarına gəldim. Əsərin baş qəhrəmanları Ömər və Macidə bir birlərinə aşiq olurlar və birlikdə yaşamağa başlayırlar. Maddi imkansızlıq Öməri sıxır. Və Macidəni yaxşı yaşada bilmədiyini düşünür. Əslində isə Macidə üçün bunların heç bir mənası yox idi. Əsərdə bir də Bedri adlı bir qədrəmanımız var . Bedri həm Ömərin ən yaxın dostlarından idi ,həm də Macidənin keçmiş musiqi müəllimi. Bedri müəllimlik elədiyi dövrdə gizlindən gizliyə Macidəyə vurulmuşdu. Və illər sonra Macidə ilə qarşılaşdıqda o artıq ən yaxın dostunun arvadı idi. Bedri maddi cəhətdən Ömər və Macidəyə çox kömək edir. Gün keçdikcə Ömərin pis və qorxunc xarakteri yavaş yavaş üzə çıxır. O heç də olmaq istəmədiyi ortamlara girir və Macidəni də bu ortamlara salır. Ömər etdiyi bütün pis hərəkətləri "içindəki şeytan"ın üstünə atır. Nəfsinə və iradəsinə qalib gələ bilməməsi ona görə məhz bu "şeytan"ın günahıdır. Lakin kitabın sonlarına yaxın Ömər belə bir cümlə işlədir. "İçimizde şeytan falan yok. İçimizde acizlik var, tembellik,iradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç olan bir şey " hakikatleri görmekten kaçmak" var .
İçimizdeki Şeytan
İçimizdeki Şeytan
Sabahattin Ali
Sabahattin Ali
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · The Roman Yayınları · 2019171,1bin okunma
·
391 görüntüleme
Havabel okurunun profil resmi
Mən sevməmişdim, belə zəif obrazları, qəhrəmanları sevmirəm. (Şeytanı belə sevə bilərəm, çünki insna günah işlətmək üçün hər şeyə əl atar) Amma belə qərarsız, iradəsiz insanları sevmirəm, sevə bilmirəm. Madonnada da obrazı sevməmişdim, əzik və əzilən bir insanı təmsil edirdi. Məncə ölüm belə daha düzgün seçimdir. Ya varsan ya yoxsan! Ya ÖL, ya da YAŞA! Subyektiv fikrimdir🥲
Vəfa Hafiz okurunun profil resmi
👍🏻 Spoiler olmasın deyə yarıdan sonrasını oxumadım. 😅 Aylardır almışam, amma oxumağa qıymıram hələ ki.😅
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.