·272 syf.····Okunma: 27 Haziran 2023 18:10 Bu dünyada insanların standart rolları var.
Düşünmək, sorğulamaq, qarşı çıxmaq narahatlıq hiss etmək, üzülmək, incinmək yoxdur.
Ailə, sevgi, dostluq və sair duyğusal bağlar da yoxdur.
Cinsəl münasibətlər belə nəzarət altındadır)
Bütün sistem xoşbəxt olmağa odaklanıb.
Burdakı toplum 7/24 xoşbəxtdirlər.
Xoşbəxtlik xaricində bir şey hiss etdikləri zaman " Soma" adında həblər verilir və hər şey qaydasına düşür))
Belə dünyada yaşadığımızı düşünün)
Düzü mənə qorxunc gəldi)
Amma belə də çox uzaq görünmür bu dünya)
Zamanla müəyyən şeylərlə biz də idarə edilirik istər həyat şərtlərimizlə, istər duyğularımızla.
"Cesur Yeni Dünya" insan azadlığının və seçimlərinin əhəmiyyəti üzərində düşündürəcək güclü bir əsərdir.
Huxley texnologiyanın insanı necə manipulyasiya edə biləcəyi və toplumun necə idarə oluna biləcəyini əsərində hardasa göstərir deyə bilərik)
Fərqli və marağlı bir əsərdir, oxumağa dəyər.
Aldous Huxley ~ Cesur Yeni Dünya
#OxuduğumKitablar