Yaşama sanatı - sosyal uyum, toplumsallık duygusu, aşalığık kompleksi...
7/10
·232 syf.··
Beğendi
·
2023 4. kitabı
·
52 günde okudu
·
Okunma: 28 Haziran 2023 00:33
Psixoloji kitabları oxumağa üstünlük verməsəm də, bu kitab uzun müddətdir diqqətimi çəkirdi. Birinci ona görə ki, yazarı Alfred Adler idi. Tanımayanlar üçün qeyd edim ki, A. Adler fərdi psixologiya məktəbinin banisi hesab olunur və Sigmund Freud'ın tələblərindən biri olub. Həmçinin Adler modern dərin psixologiyanın 3 böyük qurucusundan biri sayılır. (Digərləri Freud və C. G. Jung'dur.) Kitaba gəlincə isə yazar yaşamın bütün önəmli hissələrinə toxunmağa çalışıb. Lakin bütün izah olunan hissələrə məhz elə uşaqlar və onların psixologiyası ilə başlanılıb. Adler elə özü inanırdı ki, fərdi psixologiyada uğur qazanmaq üçün şəxsin uşaqlıq illərinə toxunmaq, ilk uşaqlıq xatirələrinə enmək lazımdır. Bu baxımdan bu kitab xüsusilə müəllimlər üçün əhəmiyyət kəsb etməlidir. Daha sonra isə psixologiya ilə ciddi maraqlananlar və ya psixologiya təhsili alan tələbələr üçün maraqlı və kifayət qədər informasiyalı kitabdır. Digər oxucular üçün isə bir qədər sıxıcı və mürəkkəb yazılmış bir kitab ola bilər. Yenə də kitabda diqqətçəkən faktlar var. Ailədə birinci və ikinci uşağın psixoloji durumu, yuxuların həyatımızdakı önəmi, müxtəlif psixi xəstələrin təcrübələri və. s məqamlar oxucu üçün maraq oyada bilir. Ümumilikdə ən çox toxunulan və geniş izah edilən termin isə "aşağılık duygusu" və "toplumsallık duygusu" dur. Yaşama Sanatı Alfred Adler
Psikoloji
Yaşama SanatıAlfred Adler · Say Yayınları · 20183,685 okunma
·
374 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.