9/10
·88 syf.··
2023 34. kitabı
İlk başlayanda yarım qoymuşdum bu kitabı, amma bu gün başlayan kimi bitirdim. Hər kitabın zamanı var sözü həmişə mənim üçün düz sayılıb. Ruh halım yarım buraxdığım kitabı özü seçib təzədən başlayıb. Necə böyük bir şans. Çox yaxşı ki, yarım buraxmışam deyirəm indi. Elə kitabda da bir yarım qalmaq, tamamlanmaq, tamamlamaq, axtarış, yansıma, özünə qayıtmaq, özün olmaq və s. kimi başlıqlar dağınıq fikirlərlə birləşib. Keçmiş, indiki və gələcək həyatım gözlərimin qabağından keçdi. Əsas da keçmişim və indiki həyatım. Hər zaman özümü olduğum kimi qəbul edib, həyatıma aldığım insanları, həyatımdan çıxan insanları da öz həyatım üçün faydalı görmüşəm. Bu kitabdakı fikirlər, tam o fikirlərimi məndən qat-qat gözəl sözlərlə ifadə edir. Oruç Aruoba’nın ilk kitabı idi, ancaq son olmayacaq :)
Hayat ve İnsan
HaniOruç Aruoba · Metis Yayınları · 20185,7bin okunma
·
242 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.