Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

363 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Bəzi kitablar var ki, onlar bütünlükdə də, adi bir nöqtəsində də adamı məhv edir. Fevralda bitirib hələ də təsirindən çıxa bilmədiyim, Taradan ötrü yaman darıxdığım və bacarsam, bu dəqiqə bağrıma basmaq istədiyim kitablar sırasındadır "Tələbə". Kitabı oxuyanda travmalı Sitarə və elmə istədiyi an əlçatanlılığının verdiyi azadlığa sahib Sitarə qarşı-qarşıya dayanmışdı. Bu ikilinin beynimi işğal edən dialoqları kitabı oxuduğum müddət boyunca davam elədi. On beş-on altı yaşında məni ayaqda tutan, yoldaşlıq edən "Martin Eden", "Söyüdlü arx", "Çalıquşu" kimi kitabların siyahısına qəlbimin bir kənarında ləkə kimi qalan, sağalsa belə xatırlandıqca kövrəldən köhnə yaralar haqqında dərdləşəcəyim, iyirmi iki yaşımda mənə yoldaş olan "Tələbə" kitabı da daxil oldu. "Tələbə" kitabı bioqrafiyadır. Başdan sona qədər yazıçı Tara Westoverin həyatından bəhs edir. Taranın universitetlə tanış olana qədər tək bildiyi şey 1986-cı ildə İdahoda dünyaya gəlməsi və ad-soyadı idi. Dövlətin verdiyi bütün dəstəkdən əl çəkmiş, qatı "dindar", heç bir elmə inanmadan qiyamətə ibadət edən bir atanın başçılıq etdiyi evdə böyüyən Tara, maşın qəzasından qol çıxığına, baş yarığından daha başqa təhlükəli sağlamlıq problemlərinə qədər evdə sağaltmağa çalışmış, həyatında heç məktəb görməmiş, qardaşının şiddətinə təslim olaraq on altı il keçirib. On altı ilin sonunda evdən çıxmağı və əsas özü ilə mübarizənin bundan sonra başlaması adamı bir nəfəsə oxumağa vadar edir. Səni böyüdənlərlə bir evdə asılı yaşayanda elə bilirsən xarakterin budur, düşüncələrin təkdir. Elə ki, uzaqlaşdın, onda düşünürsən; ailəmin düşüncələridir bunlar, yoxsa özümün?! Kitabın sonluğunu elə kitabdakı sitatla izah etmək istəyirəm; "O gece onu çağırdım ve cevap vermedi. Beni terk etti. Aynada kaldı. O andan sonra aldığım kararlar, o kızın bana verdireceği kararlar değildi. Değişmiş bir insanın, yeni bir benin tercihleriydi. Bu benliğe pek çok isim verebilirsiniz. Dönüşüm. Metamorfoz. Sahtelik. İhanet. Ben buna, eğitim diyorum." 05.02/24.02.2023 #aimrabooks
Talebe
TalebeTara Westover · Domingo Yayınevi · 20193,114 okunma
·
404 görüntüleme
Nahid okurunun profil resmi
Çox diqqətimi çəkdi, gərək ki oxuyum 🙂🌿
Sitarə Vüsal okurunun profil resmi
Bioqrafiya sevirsinizsə, yaxşı gedəcək..🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.