Gönderi

Deməli belə,
10/10
·543 syf.··
Beğendi
·
2023 59. kitabı
·
9 günde okudu
·
Okunma: 12 Mayıs 2023 11:39
Deyirlər, dünyanı SEVGİ xilas edəcək. Məncə sonuna qədər haqlıdırlar. Sevginin olduğu yerdə bitkilər də, heyvanlar da və ən əsası insanlar da hüzur, xoşbəxtlik tapar deyə deşünürəm. İçinizdəki "MƏN"i qoruyun, özünüzü sevin, ətrafınızdakılara sevgi göstərin. 150 seriyalı qatilin siyahısının yer aldığı kitab, dedektiv, seriyalı qatil, cinayət sevən ocucular üçün gözəl seçim olar. Kitabdan danışacaq olsam, kitab, 150 nəfərin bioqrafiyasıdır. Onların doğulduğu yerlər, işlədikləri cinayətlər, həyatları, qurbanları və tutulma, məhkəmə, nəticə prosesləri. Oxuduğum zaman xüsusilə uşaqlıq və yeniyetməlik dövrləri diqqət mərkəzində qaldı. Kitabda olan qatillərin 95%-i uşaqlığında, şiddətə, psixoloji şiddətə, təcavüzə, insanlar və ailələri tərəfindən istismara məruz qalmış insanlardır. Onların təhlükəli olduqları digər nüanslardan biri isə özündən zəifini əzmə prinsipi ilə yanaşaraq uşaqlıqlarında heyvanlara işgəncə etməkləridir. Bu qədər insanın, yanaşma tərzi və qurbanlara yaxınlaşmağı sadəcə olaraq özlərini razı salmaqdır. Sevgi əksikliyi ilə böyüyən uşaqların həyatları da belə olur. Xüsusilə diqqətimi çəkən bir neçə seriyalı qatili sizinlə paylaşacam. Zodiac Jeffrey Dahmer Gary Ridgway (Yeşil nehir katili) Richard Ramirez Dennis Nilsen Peter Manuel Joachim Kroll Luis Garavito Albert Fish Andrei Chikatilo Ted Bundy William Bonin Əvvəllər də seriyalı qatillərə bir marağım olub (bilmirəm içimdə bir canavarmı yatır), hansı psixologiya ilə cinayətləri törətməkləri maraqlı gəlib həmişə. Ona görə də bu kitabı sevdim və bu qəbildən olan film və kitabları oxumağa da xüsusi marağım var.
Psikoloji
Nasıl Seri Katil Oldular?Jack Rosewood · Yakamoz Yayınevi · 2024388 okunma
·
22 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Havabel
Gönderi Sahibi
İzləmişəm, ən bəyəndiyim seriallardandır. Çox heyif ki, 3-cü sezonu çəkmədilər.