Gönderi

Puan vermedi·304 syf.··
2023 14. kitabı
·
55 günde okudu
·
Okunma: 03 Temmuz 2023 00:00
Nəhayət ki bu əsəri oxuyub bitirə bildim. Gec bitirməyimin ilkin səbəbi imtahanlarımın olması idi. Ancaq imtahanlarım bir müddət öncə bitməsinə baxmayaraq bu kitabı bitirə bilmirdim. Buna səbəb kitabın çox sıxıcı gəlməsi idi mənə. Dava' nı oxuyarkən o qədər qəribə hisslər keçirdim ki necə təsvir edim bilmirəm. Sanki bataqlığa qərq olmuşam və çıxmaq üçün mübarizə aparıram. Ancaq vərəqləri çevirdikcə daha da işin içindən çıxılmaz vəziyyət yaranır. Mən ümid edirəm ki bəlkə nəisə düz gedəcək, bu qarışıqlıqdan xilas olacam təəssüfki olmurdu. Hər şey daha pessimist, daha mürəkkəb bir şeyə çevrilirdi. Mənə görə Kafkanın depressiyasının öhdəsindən gəlmək üçün yazdığı əsərlər əslində mənə insan şüurunun müdafiə mexanizmlərinin nə qədər yaradıcı olduğunu göstərir. Bəzən insanlar depressiya və əhval-ruhiyyəni təyin edə bilmirlər. Ancaq daxili münaqişəni həll etmək üçün bu əhval-ruhiyyə ilə tam şəkildə üzləşmək lazımdır. Kitabın ilk səhifəsi heç tanımadığı insanların ona gəlib məhkəməyə aparılması özünündə bilmədən bir davanın içində yer alması ilə başlayır. Elə işin qəribəsi də bu hadisədən özünün belə xəbərinin olmamasıdır. Başda K. buna əhəmiyyət verməsə belə bu işin sonunun bir an öncə bitməsini istəyir, ancaq kimə getsə nə qədər araşdırsa belə bir nəticəyə gələ bilmir. Kitabın sonu heç gözləmədiyim bir sonluqla bitdi. Nə hiss edəcəyimi, nə düşünəcəyimi bilmədən uzun bir boşluğa baxdığımı xatırlayıram. Hər dəfə kitab haqqında düşünəndə də o bataqlıq hissini hələ də hiss edirəm. Kitabı bitirdikdən sonra 1962 - ci ildə çəkilmiş THE TRİAL filmini izlədim. Həmin bu əsərlə bağlı çəkilmiş bir filmdir. Kitabı oxuduqca zehnimdə canlandırdığım səhnələr filmdə də öz əksini mükəmməl şəkildə tapıb. Bu kitab bir çox oxuculara sıxıcı gəldiyi qədər bu kitabı sevən oxucular da var təbiki. Kafka hissləri, duyğuları təsvir etməkdə çətinlik çəkən bir yazıçıdır. O qədər sıx və mürəkkəbdir ki, onun belə bir izah üsulu tapması təəccüblüdür. Təsadüfə baxın ki, 3 iyul Kafkanın da doğum günüdür.
İnceleme
DavaFranz Kafka · Kızıl Panda · 202163,8bin okunma
··
705 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Son cümlələrə sonuna qədər qatılırıam, təşəkkürlər incələmə üçün.
Gülay Ehmedli
Gönderi Sahibi
Xoşdu, buyurun✨
Kafka ölümündən qabaq ən yaxın dostuna o öldükdən sonra bütün yazılarını yandırmağı vəsiyyət edir, amma xoşbəxtlikdən dostu bu vəsiyyəti yerinə yetirmir) Gözəl incələmə idi, təşəkkürlər 🙂
Gülay Ehmedli
Gönderi Sahibi
Eynən elə deyilir. Ancaq biraz yazıçı ilə bağlı araşdırma etmişdim. Əslində belə bir şey deməyib. Daha doğrusu Kafka kitablarını yandırmağı istəsəydi bunu özü edərdi, birinə deməzdi yəni. Ancaq təbiiki bunlar bir çox yorumcunun dedikləri fərziyələrdir. Mən təşəkkür edirəm buyurun.🌼✨
Gülay xanım The Trial filmini axtarışda tapa bilmədim, harada izləmisiniz deyə bilərsiniz?
Gülay Ehmedli
Gönderi Sahibi
youtu.be/SA9JTxfOgAk Buyurun bu linkdən daxil olaraq baxa bilərsiniz YouTube platformundan.