9/10
·288 syf.··
Beğendi
·
2023 15. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Temmuz 2023 10:03
"Diqqət, "Zəncirotu şərabı"-nı oxumaq bir qədəh şərabı içərkən hiss edilən meyxoşluq doğura bilər. Sadə dildə yazılmış, bol-bol səmimiyyəti, təbilliyi özündə birləşdirən bir əsər. Uşaqların təəssüratlarına, onların gözüylə dünyaya baxışına görə bir qədər "Bülbülü öldürmək" əsərini xatırlatdı mənə. Həmçinin, bəzən böyüklərin dərin fikirlərinə, bəzənsə uşaq ağlından fərqlənməyən düşüncələrəinə, hərəkətlərinə də yer verilməsi əsəri daha xoşagələn edir. Qlobal istiləşən dünyamızda yayı sevməyən biri olaraq hətta mənə də bəzi xoş və şirin uşaqlıq xatirələrimi xatırlatdı "Zəncirotu şərabı". İsti günlərdə üşüyən ruhumuzu isitmək üçün yaxşı bir seçim ola bilər. Amma, məncə, bu əsəri yayın sonlarında, payızın nəfəsini azca da olsa hiss etdiyimiz günlərdə oxumaq daha xoş olar :)
Zəncirotu ŞərabıRay Bradbury · Qanun Nəşriyyatı · 0276 okunma
·
156 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Sən bülbülü oxumusan?
Aytac Yusifova
Gönderi Sahibi
Hə canm, çoxdan oxumuşam..