If Cats Disappeared From The World
İnsana aid olanlar nə dərəcədə onundur; öz növbəsində bizə nə qədər təsir edirlər və sahib olduqlarımızın nə qədərini itirdikdə geriyə artıq bir Mən qalmır?
Dünyada nə qədər yer tuturuq, başqaları üçün nə qədər vacibik və tərəzinin digər gözündə bütün digər hər şey asıldıqda bizim nə qədər dəyərimiz qalır?
Sevdiklərimizlə keçirdiyimiz vaxt nə zamansa kifayət edəcəkmi; nə vaxtdan sonra artıq kimin iləsə kifayət qədər vaxt keçirmiş oluruq; kiminsə dəyərini bilmək üçün mütləqmi onu itirməliyik?
Etmək, olmaq, bilmək, görmək istədiyimiz hər şey üçün kifayət qədər zamanımız varmı; bunların nə qədərini etməyə, olmağa, bilməyə və görməyə həqiqətən ehtiyacımız var?
Başqaları (dostlarımız, sevdiklərimiz, ailəmiz, heyvanlarımız) üçün özümüzdən nə qədər pay versək, kifayət edər?