Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Deməli belə;
Cənubi azərbaycanlılarından olan Saedi, XX əsr İran ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Əziyyətli, faciəli, ürəkağrıdan bir həyata sahib biri. Siyasi görüşlərinə görə dəfələrlə həbs olunub, işgəncələrə məruz qalmış, öz vətənindən qaçmaq məcburiyyəti və dəfələrlə intihara cəhdləri... Müəllifin özü haqqında dediyi bir ifadəni paylaşacam sizlərlə; Hər işi başlayarkən istəmişəm ki, onu tez bitirim, ondan tez xilas olum. Bir hamilə qadın kimi doğmağa tələsmişəm. Elə bu səbəbdən də həmişə ölü uşaq doğmuşam! "Bəyəl əzadarları"ndan danışım biraz. Kitabdan 8 hekayə var, onların hər biri Bəyəl kəndində və onun ətrafındakı bir neçə kənddə keçir. Demək olar ki, hekayələrin hamısı metaforlarla zəngindir. Bildiyim qədəriylə kitaba film də çəkilmişdir. Kitabı farscadan tərcümə edən
Ariz Tarverdiyev
Ariz Tarverdiyev
xüsusi təşəkkürümü bildirirəm, bütün suallarımı təmkinlə cavablandırdığı üçün. Davam edəcəyim yazıçılardan oldu.
Bəyəl Əzadarları
Bəyəl ƏzadarlarıGulam Hüseyin Saedi · Parlaq İmzalar Nəşriyyatı · 2020187 okunma
·
93 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.