İlk başlarda mənasız gəlsədə daha dərindən baxdıqda böyük məna daşıyan bir kitabdır. Bu kitabdan insanın sadəcə var olduğu üçün sevilmədiyini aydın bir şəkildə başa düşə bilərsiniz. Daha aydın ifadə etsəm yataq xəstəsi olmağı, yerindən durmağa belə çətinlik çəkməyi və özünə qulluğu bacarmamağı bir həşərata dönüşməklə muqaisə ediblər. Belə ki, bu kitabda:
Ailə ve ev içində baş verən hekayə ana, ata balaca bacı və gəncdən ibarətdir. Bacisina sevgiylə bağlı olan, onu heç bir maddı sıxıntiya baxmayaraq musiqi məktəbində oxudacağına söz verən bir gənci açıqca görə bilərsiniz. Özünü taniyannan və işləmə bacarığı olandan ana və atasının borcunu ödüyüb, hesablamalarına görə hələdə 4 il ödəyəcəkdi. İşə girdiyi ilk aylarda borclarını vaxtından tez ödəyə biləcək qədər çox pul qazanirdi. İlk vaxtlardə hərkəs ona minnətdar olsada bir müddət sonra bu hal adiləşmişdi. Gregor pul qazandığl ailəsi isə onu xərclədiyi üçün sevincli idilər.
Bir səhər gözünü acanda böyük bir həşərat olaraq oyanan bu gəncin yerindən durması belə bir neçə saatını almışdı.Xeyirsiz bir həşərat olduğuna zamanla öyrəşmişdi. Buna baxmayara ailəsinə olan bağlılığı bacısıyla bağlı planları hecvaxt dəyişmədi. Ana və atası onu qəti qəbul etməməkdə qərarlı idilər. Bir tək bacisi 1 və ya 2 ay ona baxa bildi.
Bütün maddi sixintiların səbəbkarı olduğunun fərqində idi.
Hər gün yan otaqdan onun haqqında neçə yük olduğunu eşidirdi. Gregor həşərat olmağına baxmayaraq deyilən hər şeyi fərqində idi
Otağından çixmağa cəhd göstərdiyi bir dəfəsində isə atası tərəfindən ciddi şəkildə yaralanmışdı. İlk günlər daimi bacisi tərəfindən gətirilən yeməklərin ardi kesilməsədə bir müddət sonra bu hal dəyişdi.
Həm yaralı olduğu üçün həm də gec gec qidalandığı üçün əldən düşən Gregorun yanına aylarla heckim gəlməməyə başladı.
Bir axşam bacisinin “Bundan azad olmalıyıq” isyanını eşidən Gregor heyatını həşərat bədənində itirdi. Buna çəmi 1 dəfə ağlayan ailəsi dərhal sonra əslində maddi tərəfdən oqədər də pis vəziyyətdə olmadıqlarını fərqinə varib həyatlarına dəvam etdilər…