Gönderi

Əgər xüsusi insanlar Müslimi yalqız qoymasaydılar və misal üçün, say 100 nəfərə çatsaydı, o 100 nəfər Müslimin ətrafını tutardı, birinin evi qərargah seçilərdi, dayanıb müdafiə olunardılar. Müslim tək olsa da, onu tutmaq bir neçə saat çəkdi. İbn Ziyadın əsgərləri bir neçə dəfə hücum etdilər, Müslim təkbaşına hamısını geriyə oturtdu. Əgər 100 nəfər onunla olsaydı, məgər tuta bilərdilər?! Əlavə insanlar da ətrafına toplaşardı. Deməli, bu mərhələdə xüsusi insanlar qrupu səhlənkarlıq edib Müslimin yanına gəlmədilər. Baxın, hansı tərəfdən hərəkət ediriksə, xüsusi insanları görürük; xüsusi insanların vaxtlı qərarı, xüsusi insanların vaxtlı seçimi, xüsusi insanların lazımi anda dünyadan keçməsi, xüsusi insanların lazımi anlarda Allah üçün hərəkəti. Tarixi və dəyərləri xilas edib qoruyan bunlardır. Lazım olan anda lazım olan hərəkəti görmək lazımdır. Əgər geçiksəniz və vaxt ötsə, daha faydası yoxdur.
Ali Hamaney
Ali Hamaney
- Aşura İbrətləri 📚
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.