Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Can nədir, kimsə onu etməyə cananə fəda, Ola, ya olmaya bir mur Süleymanə fəda. Vǝchi var, bağrımı cəllad gözün doğrar kim, Ola hər parəsi bir navəki-müjganə fəda. Bir təbibin yenə bimariyü dilxəstəsiyəm Ki, məni dərdə nisar eylərü dərmanə fəda. Yeri var ab ola şimşad xüramından anın, Qətrə-qətrə ola ol sərvi-xüramanə fəda. Belə kim, nami-xuda, çeşmin içər qan, saqi, Et ana sədqə üçün bir neçə peymanə fəda. Savurur göglərə rəşk atəşi xakistərimi, Şəm❜ə hərgah qılır canını pərvanə fəda. Mən ki, bir böylə süxənsaz hərifəm, Qövsi, Nola, yarəb, olum ol çeşmi-süxəndanə fəda.
Sayfa 24
··
622 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.