Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qövsi Təbrizi

Qövsi TəbriziSeçilmiş Əsərləri yazarı
Yazar
5.0/10
1 Kişi
4
Okunma
2
Beğeni
271
Görüntülenme

Hakkında

Azərbaycan Türkcəsində "Divan"ı bizə gəlib çatmış şair Təbriz şəhərində sənətkar ailəsində dünyaya göz açıb. "Divan"ının iki nüsxəsi məlumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. 400-dən artıq qəzəl və başqa şeirlərindən oluşan "Divan"ı 1925 ilində Bakı'da yayımlandı (Yeni nəşri: Paşa Kərimov, Lider, 2005). Füzuli ədəbi məktəbinin görkəmli davamçılarındandır. Lirik qəzəllərində mənəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şerinin inkişafında önəmli rol oynamışdır. Qövsi, Mirza Tahir Vəhid Təbrizini öz şeirində mədh edibdir. Qövsi'nin yüksək bədii dəyər daşıyan Türkcə qəzəllərində ilk kəz olaraq yurd sevgisi, azadlıq duyğusu da işlənmiş, zamanəsindən və insanlardan şikayətlər edilmişdir.
Tam adı:
Təbrizli Əlican Qövsi
Unvan:
Şair
Doğum:
Təbriz, Təbriz mərkəzi baxşi[d], Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran, 31 Mayıs 1568
Ölüm:
Təbriz, Təbriz mərkəzi baxşi[d], Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran, 1640

Okurlar

2 okur beğendi.
4 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Can nədir, kimsə onu etməyə cananə fəda, Ola, ya olmaya bir mur Süleymanə fəda. Vǝchi var, bağrımı cəllad gözün doğrar kim, Ola hər parəsi bir navəki-müjganə fəda. Bir təbibin yenə bimariyü dilxəstəsiyəm Ki, məni dərdə nisar eylərü dərmanə fəda. Yeri var ab ola şimşad xüramından anın, Qətrə-qətrə ola ol sərvi-xüramanə fəda. Belə kim, nami-xuda, çeşmin içər qan, saqi, Et ana sədqə üçün bir neçə peymanə fəda. Savurur göglərə rəşk atəşi xakistərimi, Şəm❜ə hərgah qılır canını pərvanə fəda. Mən ki, bir böylə süxənsaz hərifəm, Qövsi, Nola, yarəb, olum ol çeşmi-süxəndanə fəda.
Sayfa 24
Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər, Zəncirə baş endirməz, divanələriz bizlər. Dünya ilə surətdə var ülfətimiz, əmma Mə'nidə bu aləmdən biganələriz bizlər. Seylabi-həvadisdən neylər bizə gərdun kim, Tufani-kəşakəşdən viranələriz bizlər. Hərgiz səsimiz çıxmaz, heç kim dilimiz bilməz, Hərçənd ki, dillərdə əfsanələriz bizlər. Yox taqətimiz, əmma fariğ degilik, Qövsi, Ol mah büti-Çindir, bütxanələriz bizlər.
Sayfa 94
Reklam
haray kim, nə dilim var, nə dil anlayanım, əgərçi ney kimi cismim fəğan ilən doludur.
Haray kim, nə dilim var, nə bir dil anlayanım, Əgərçi ney kimi cismim fəğan ilə doludur...
Qövsi Təbrizi
Qövsi Təbrizi

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok