bizim göbəyimiz belə kəsilib
qəmə bürünmüşük bələkdən qabaq
anamız qorxudub, hər ağlayanda
cini tanımışıq mələkdən qabaq
torpaqdan duymadıq gülün ətrini
dostdan uca tutduğ yadın xətrini
od oğlu, bilmədik odun qədrini
söndü ocağımız küləkdən qabaq
bu da bir ömürdü, axırı yoxdu
papağı gedənin abırı yoxdu
a bala fələyin taqsırı yoxdu
biz elə beləydik, fələkdən qabaq.