Gönderi

210 syf.
·
Puan vermedi
·
7 günde okudu
Yu huanın "Yaşamaq" adlı bu əsəri sadə və oxunar, amma kifayət qədər təsirli bir dillə yazılıb. Əsər boyunca həyatın hər cür keşməşli yollarından keçən qoca Fugui öz həyat hekayəsini danışır. Bilmirəm nədəndir, amma sona yaxın əsəri oxumaqda çətinlik çəkdim. Bəzilərimiz həyatda hər hansı bir uğursuzluqlarla və ya digər çətinliklərlə üzləşdikdə onlara qarşı aciz hiss edirdik, yaxınımızı itirdikdə sarsılırıq və sadəcə davam etmək istəmirik. Elə buna görə Fuguinin həyat hekayəsini dinlədikcə təəccüblənməmək olmur. Axı necə bu insan qarşılaşdığı bütün uğursuzluqlardan, həyatda ona dəyərli olan hər kəsi bir-bir itirdikdən sonra necə belə yaşamağa davam edir? Bundan əlavə, Yu Hua Fuguinin sadəcə həyat hekayəsinin ifadəsi ilə kifayətlənmir, belə ki yazıçı o dövrdə Çinin daha geniş ictimai-siyasi mənzərəsini şərh etmək üçün onun həyat hekayəsindən istifadə edir. Belə ki müəllif kommunist rejiminin qüsurlarını və çatışmazlıqlarını ifşa edir, siyasi təlatümlərin və sosial dəyişikliklərin insan həyatına təsirini təsvir edir.
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201634,3bin okunma
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.