Beyaz Diş
Oxuduğum ən maraqlı kitablardan biridi deyə bilərəm, baxmayaraq ki əvvəlində biraz sıxılmışdım. Sonra isə sehrinə qapılıb nə vaxt bitməsini belə anlamadım..Heyvanları insanlardan daha çox sevirəm. Bu əsəri oxuduqdan sonra haqlı olduğumu bir daha anladım. Bir canavar balasının həyat hekayəsinin bu qədər təsirli olacağını düşünməzdim açıqcası. Balaca canavarın öz azadlığından əl çəkməsi, insana tabe olması, çarəsizliyi və bu qədər əzablardan sonra gördüyü sevgiyə verdiyi qarşılıq... təsvir etməyə sözlərin yetmədiyi bir sevgi, sədaqət hekayəsi idi mənimçün qısaca bu əsər. Çox sevərək oxudum və təsirindən hələ də çıxa bilmirəm.