İlk səhifələr çətinliklə başlasa da sonlarına doğru əsas obrazın yaşadığı fövqal fərqliliklər kitaba rəng qatdı. Dini qarışıqlığı real məğzə çevirən yazıçı xristian bir yaşlı ilə yəhudi gənc qızı eyni sujet xəttində birləşdirdi. Gənc rəssam qızın şəklini çəkərkən əlavə bir obraz olaraq körpəni zərif bir detay kimi əlavə etdi. Buna şiddətlə qarşı çıxan yəhudi irəliləyən zamanlarda körpəyə qarşı danılmaz bir sevgi duymağa başladı. Lakin aradan keçən müddət ərzində körpənin ölkəni tərk etməsi və bunun kimi problemlər qız üçün ağır və aşıla bilməz vəziyyətə çevrilərək əsas konflikt mərkəzi oldu. Buna baxmayaraq portretin uğurlu şəkildə başa çatması və körpəyə olan dərin duyğuların o əsərdə tapılması Esther üçün unudulmaz bir təsəlli idi.
Buna baxmayaraq yaxın zamanda yəhudi-xristian müharibəsinin daha çox ərsəyə gəlməsi bütün ətrafın viran olması, talanların bütün şəhəri əhatə etməsi öz təsirini portretə yansıtdı. Və Estherin o əsəri bir əl işi deyil, reallıq, bəlkə də yaşamı üçün tək sığınacaq yeri olduğunu düşünməsi sadə lakin bir o qədərdə dərin və sarsılmaz hisslər yaradan əsərə özünü fəda etməsi ilə sonluq tapdı...