Puan vermedi·456 syf.····Okunma: 22 Temmuz 2023 18:08 Uşaq mövzusunda çox həssas olduğum üçün kitabda yazılan hadisələr çox ağır gəldi. Günahsız, sadəcə valideynlərin diqqətsizliyi,sevgisizliyi ucbatından həyatları məhv olmuş , psixoloji klinikaya gələn balaca uşaqlar..
kitabda oxunan hər hadisə bir daha göstərir ki uşaqlara ta az yaşdan diqqət , sevgi göstərmək lazımdır.Bunlar olmazsa uşaqlar nəinki özləri üçün eləcə də ətrafı üçün narahatlıq, hətta bundan daha da pis sonuçlanan davranışlar göstərə bilirlər..
Bu dünyada " nəslim davam etsin" , "Onun, bunun uşaq varmı sözlərinə cavabım olsun" veya qısa həzz üçün dünyaya uşaq gətirməmək lazım :( Onun məsuliyyətini hiss edərək , həm psixoloji,həm mənəvi, həm də maddi hazır olduqdan sonra uşağa qərar vermək lazımdır..