Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

248 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
İnsanın qayıdacaq yeri olmalıdır
Tərk edilən bir uşağın həyatının ilham verən finalını, içində bir yerdə unudulan, hətta varlığından xəbərdar olunmayan yaxşılığın üzə çıxışını, öz həyatını tapmaq üçün sistemdən qaçan gəncin özünü tam o sistemin mərkəzində tapmasını, həyatdan qisas almaq üçün ağlasığmaz şeyləri gözə alan yeniyetməni, diblərdən ayağa qaldıran mizahı və ən əsası insanı öldürənin də, xilas edənin də elə insan olduğunu mövzu alan “Kor nöqtə” insanı sonsuz qarmaşa içində rəsm edir. Hislərimi elə Naiqin də ilhamlandığı, hətta xarakterinə – Holdenə də göndərmə elədiyi yazıçı Selincerin fikirlərindən yola çıxaraq ifadə edəcəm. Belə deyirdi: "Bir kitabı oxuyub bitirəndə bunu yazan kaş ki çox yaxın dostum olardı, ürəyim hər istəyəndə ona zəng edib danışa bilərdim deyirsənsə, o kitaq həqiqətən yaxşı alınıb". Mən bunu biraz fərqli şəkildə tətbiq edirəm oxuduqlarıma. Xarakterlərlə dostlaşmaq istəyirəm, onları tanımaq, onlarla söhbətləşmək keçir içimdən. Ona görə düşünürəm ki... İnsanın tanımalı olduğu xarakterlər olmalıdır. Mən tanıdım. Kitabı bitirəndə Şahmarla oturub çay içmək istədim. Biraz söhbətləşərdik, bəlkə dostlaşardıq, bəlkə bir-birimizə aşiq olardıq. Fərqi yoxdur. Hər versiyada həyatında olmaq istəyərdim. Qorxu ilə ümid, xəyal qırıqlıqları ilə başdan başlama istəyi, peşmanlıq ilə inam arasında gedib-gələrdik yenə. Amma günün sonunda bir-birimizin qayıdacaq yeri olardıq.
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202317 okunma
·
97 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.