·210 syf.··Beğendi
···Okunma: 25 Temmuz 2023 12:03 Salamlar! Uzun zamandır oxumaq istədiyim ən nəhayyətində oxuyub bitirdiyim "Yaşamak" kitabı məndə çox xoş təsirlər buraxdı. Kitabda təsirli anlar , həyata dair bir çox məqamlar var. Əvvəlində varlı olan Fugui'nin başına gələcəklərdən xəbərsiz ata sərvəti ilə gəzib , tozduğu və bütün var dövləti batırdığı danışılır . Kitabda Fugui ilə bərabər daha 5 nəfərin həyat hekayəsi də vurğulanmaqdadır . Bir insanın öz sevdiklərini bir-bir torpağa tapşırması nə acı olsa gərək, Fugui bunu yaşayan bir canlı olaraq göstərilməkdədir. Həyatın həm yoxsulluqla gələn çətinliklərini , həm də sevdiklərini itirmə çətinliyini də görür Fugui. Kitabı oxuyarkən qarışıq hisslər yaşadım ,həm sevincli anları həm də kədərli anları ilə insanda qarışıq amma dərin hisslər buraxır. Mənim düşüncəmlə daha çox oxucuya çatdırılması gərəkən bir kitabdır. Mən oxuyarkən zövq aldım və tövsiyə edəcəyim kitablardan biridir. Oxuyacağ oxurlar üçün indidən xoş oxumalar. Sevgilərlə..