Salam Hərkəsə.
Paulo Coelho - Braziliya yazıçısı olub. 1947-ci ildə Rio de Janeyro şəhərində doğulub. Əvvəlcə valideyinlərinin istəyi ilə təhsilini hüquq ixtisası üzrə davam etdirib . Daha sonra isə bir çox çətinliklərdən keçərək yazıçılıq həyatına atılıb.
Veronika ölməyə qərar verir- kitab maraqlı , axıcı kitabdır. Veronika intihar edərək çox miqdarda yuxu dərmanları qəbul edir lakin ölmür. Huşunu itirdiyi zaman ona köməklik göstərərək xəstəxanaya göndərilir. 1 həftə ömrü qaldığını öyrənən Veronika həyatının sonlarını unudulmaz və öz istədiyi kimi yaşamağ qərarı alır. Ağıl xəstəxanasına yatırılan Veronikanı orada həm həyatının sevgisi həmdə həyatına olan sevgisi gözləyirdi.
Kitabda bəzi xəstəliklər və bir çox bilgilər qeyd edilmişdir. Xəstəlikləri və qeyd edilən başqa bilgilər haqqında araşdırıb öyrənmək kitaba olan marağı biraz daha artırır . Oxumağ üçün töfsiyyə edərəm. Sevgilərlə qalın.
"Həqiqət bu idi ki, onlar digərlərinin acı çəkmələrindən zövq alırlar, çünki elə hesab edirlər ki, əzab çəkənlərə nisbətdə onlar xoşbəxtdirlər və həyat onlara qarşı daha mərhəmətli davranmışdır."