Əliyeva.

Əliyeva.
@nazaliyeva
8/10
·220 syf.··
2024 4. kitabı
·
10 günde okudu
·
Okunma: 24 Ağustos 2024 22:22
Salam Hərkəsə. Paulo Coelho - Braziliya yazıçısı olub. 1947-ci ildə Rio de Janeyro şəhərində doğulub. Əvvəlcə valideyinlərinin istəyi ilə təhsilini hüquq ixtisası üzrə davam etdirib . Daha sonra isə bir çox çətinliklərdən keçərək yazıçılıq həyatına atılıb. Veronika ölməyə qərar verir- kitab maraqlı , axıcı kitabdır. Veronika intihar edərək çox miqdarda yuxu dərmanları qəbul edir lakin ölmür. Huşunu itirdiyi zaman ona köməklik göstərərək xəstəxanaya göndərilir. 1 həftə ömrü qaldığını öyrənən Veronika həyatının sonlarını unudulmaz və öz istədiyi kimi yaşamağ qərarı alır. Ağıl xəstəxanasına yatırılan Veronikanı orada həm həyatının sevgisi həmdə həyatına olan sevgisi gözləyirdi. Kitabda bəzi xəstəliklər və bir çox bilgilər qeyd edilmişdir. Xəstəlikləri və qeyd edilən başqa bilgilər haqqında araşdırıb öyrənmək kitaba olan marağı biraz daha artırır . Oxumağ üçün töfsiyyə edərəm. Sevgilərlə qalın.
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 2013102,5bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·168 syf.··
2024 1. kitabı
·
32 günde okudu
·
Okunma: 01 Temmuz 2024 19:45
Salam, İlk növbədə deməliyəm ki , kitabı araşdırmadan və kitab haqqında heç bir məlumatım olmadan almışdım . Kitabxanda gördüyüm bu kitab çox diqqətimi çəkdi ,tibbdə oxuyan bir şəxs olaraq bu kitabın mənə tibb sahəsi ilə bağlı nələrsə qata biləcəyini düşünərək aldım. Kitab gənc həkim Dr. Bomgar'dan bəhs edir. Bomgar məzun olduqdan sonra, ucqar bir kəndə , kəndin tək həkimi olaraq göndərilir və orada bir çox xəstə və xəstəliklərlə rastlaşır . Həm gənc olması həmdə tibbdən yeni məzun olması ilə bağlı normal olaraq rastaldığı bəzi xəstəliklərdən çəkinir. Bacara bilərəm mi?! Yoxsa bacara bilmərəm mi ?! Qarşısında olan çətin bir xəstəliyə yoluxan xəstəni müalicə edə bilərəm mi?! Düşüncəsi ilə mübarizə aparır. Tam da burada yazıçı bizə bütün qorxularımıza qalib gələ biləcəyimiz mesajını verir çünki Bomgard bütün qorxu və onu ovucuna alan bu düşüncələrdən xilas olur. Qarşısına gələn hər cür xəstəni , xəstəliyi müalicə etməyi bacarır . Hətta bəzən bacarıqsız da ola bilir , ölümlədə nəticələnmə olur , yazıçı burada bizə bir vacib mesaj daha ötürür ki ölümün baş verməsi və yaxud nəyinsə istədiyimiz kimi yolunda getməməyi ,hərzaman bizim bacarıqsızlığımız demək deyil. Kitabı töfsiyyə edirəm, çox gözəl axıcı və maraqlı bir kitabdır. Xüsusəndə tibbdə oxuyan və tibbdən yeni məzun olmuş şəxslərə bu kitabı oxumağı şiddətlə töfsiyyə edirəm. Çünki yazıçı bu kitabda bizə cəsarətverici bir çox mesajlar ötürür. Nəinki tibb ümumiyyətlə işini sevən amma o işdə çətinlik çəkən və işindən çəkinən şəxslər oxumalıdır. Təşəkkürlər Sevgi ilə qalın.
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202332bin okunma
10/10
·210 syf.··
Beğendi
·
2023 3. kitabı
·
55 günde okudu
·
Okunma: 25 Temmuz 2023 12:03
Salamlar! Uzun zamandır oxumaq istədiyim ən nəhayyətində oxuyub bitirdiyim "Yaşamak" kitabı məndə çox xoş təsirlər buraxdı. Kitabda təsirli anlar , həyata dair bir çox məqamlar var. Əvvəlində varlı olan Fugui'nin başına gələcəklərdən xəbərsiz ata sərvəti ilə gəzib , tozduğu və bütün var dövləti batırdığı danışılır . Kitabda Fugui ilə bərabər daha 5 nəfərin həyat hekayəsi də vurğulanmaqdadır . Bir insanın öz sevdiklərini bir-bir torpağa tapşırması nə acı olsa gərək, Fugui bunu yaşayan bir canlı olaraq göstərilməkdədir. Həyatın həm yoxsulluqla gələn çətinliklərini , həm də sevdiklərini itirmə çətinliyini də görür Fugui. Kitabı oxuyarkən qarışıq hisslər yaşadım ,həm sevincli anları həm də kədərli anları ilə insanda qarışıq amma dərin hisslər buraxır. Mənim düşüncəmlə daha çox oxucuya çatdırılması gərəkən bir kitabdır. Mən oxuyarkən zövq aldım və tövsiyə edəcəyim kitablardan biridir. Oxuyacağ oxurlar üçün indidən xoş oxumalar. Sevgilərlə..
Düşünce
YaşamakYu Hua · Jaguar Kitap · 202670,5bin okunma
7/10
·200 syf.··
Beğendi
·
2022 3. kitabı
Öncəliklə kitabı bəyəndiyimi və psixoloji olaraq müsbət təsir etdiyini deyə bilərəm. Özgüvən azlığı və fikir qarışıqlığı yaşadığım bir dönəmdə təkrardan oxuduğum və oxuyacağım bir kitabdır. Yazar özgüvənimizi artıracaq sözlər , insanın özünədəyər verməsi üçün bizə verdiyi mesajlar açıq olaraq kitabda görünməkdədir. Kitabın axıcılığı və sıxıcı olmaması daha çox xoş hiss bəxhş edir. Oxumağ üçün töfsiyyə etdiyim , mötivasiyyaya ehtiyac duyulan zaman oxunacaq bir kitab olduğunu deyə bilərəm. Sevgilərlə..
Hayat Kaybettiğin Yerden BaşlarMiraç Çağrı Aktaş · Indigo Yayınları · 20217,8bin okunma