·88 syf.··Beğendi
···Okunma: 28 Temmuz 2023 20:33 Dostoyevskinin 88 səhifəyə sığdırdığı bir lətifə.. Bəsit, nalayiq bir lətifə kimi görünsə də, əslində bir çox şeylər ehtiva edir Dostoyevskinin digər əsərləri kimi. Bəzən özümüzə belə etiraf eləməyə çəkindiyimiz, utandığımız düşüncələr, hisslər, həmçinin, utancverici davranışlar burada bütün çılpaqlığıyla əks olunub. Doğrudur, bütün bunlara görə xəcalət çəkməyə dəyər, axı özünü humanist sanan, əslində isə təkəbbürünü insanpərvərlik pərdəsi altında gizlətməyə çalışan "zati-aliləri"-nin elədiklərindən kim olsa utanardı. Hətta sonradan o məlun günü xatırlayanda çəkdiyi əzab, xəcalət hissi də özlüyündə çox cılız, sırf öz rütbəsinə uyğun olmadığı üçün keçirilən hisslər idi. Guya, insanlar arasındakı iyerarxiyanı yumşaltmağa çalışaraq öz işçisinin məclisinə dəvətsiz qonaq olan, əslində isə bunu təqdirəlayiq, böyük bir lütfkarlıq kimi görən və daxilən ətrafdakı hamıdan hörmət dilənən bir yazıq idi İvan İliç, sonrakı rəzilliyə də layiq idi. Amma Pseldonimov və anasının nə günahı var idi?.. Ayda on manata işləyən, güc-bəla özünə toy edən, iki şüşə çaxırı ala bilmək üçün dəridən-qabıqdan çıxan bu bədbəxt işçi generalı – məhz öz mənliyini xatircəm etməyə çalışan bu adamı qonaq qəbul etmə şərəfinə layiq görülməsəydi, onsuz da ağır olan həyatı daha da əzablı olmazdı, bəlkə də.