Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

604 syf.
3/10 puan verdi
·
24 günde okudu
Klassik kitablar arasında ən bəyənmədiyim kitab ola bilərsən.
Kitabdan bir neçə gözəl alıntı etmişəm, doğrudur. Amma kitab sadəcə bu alıntılardan ibarətdir desəm, yanılmaram. . Əsərin mövzusu belədir : 1840-cı ildə Parisə təhsil almağa gələn gənc Frederikin evli bir qadına (madam Arnu)aşiq olması və ona çatmaq üçün dırnaq arası mübarizəsini görə bilərik. Əslində əsərdə bir mövzu yoxdur, çünki sevgisindən məcnuna dönən Frederik bu “çətin” mübarizə yolunda bir çox qadınla sevgi münasibəti yaşayır. Üstəlik eyni zamanda bir neçə nəfərlə sevgililik münasibəti yaşayır. . Əsərin klassik əsərlər siyahısına daxil olması məndə təssüf doğurdu. Bu qədər qalın, irihəcmli əsəri oxuyub da, məyus olmaq insana mənfi təsir edir. Çünki əsərin mövzusunda zövq alacağım heç bir obraz yox idi. Özümə bu sualı verdim ki,“ görəsən yazar nəyə məcbur edilib ki, bu əsəri yazıb?” Ard-arda türklər demişkən “yasak aşk” yaşayan “həssas və bir o qədər tərbiyəli” Frederikimiz necə olurdusa, qadınların ürəyinə gedən yolu tapmağı bacarırdı. . Tarixi hadisələrdən də danışmaq istəyirəm. Fransada həmin dövrdə monarxiyanın dağılması və respublikanın qurulmasından bəhs edir. Kifayət qədər məlumat ala bildimmi tarixdən? Buna da cavabım xeyr olardı. Qısaca kitab insanı heç bir cəhətdən tətmin etmir. . Bu dəfə sonluğu fərqli bitirirəm. Kitabi tövsiyə etməyəcəm və klassiklərlə müqayisə edəcək səviyyədə olduğunu düşünmürəm. ~Oxuduğunuz üçün təşəkkür edirəm.
Hisslərin Tərbiyəsi
Hisslərin TərbiyəsiGustave Flaubert · Bakı,Teas Press Nəşriyyat evi · 2022372 okunma
·
1 artı 1'leme
·
161 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.