"Cizgili pijamalı oğlan"
Puan vermedi·208 syf.··
2023 13. kitabı
·
5 saatte okudu
·
Okunma: 14 Temmuz 2023 21:32
Kitabın filmini illər əvvəl izləmişdim. Özünü oxumağı çox istəyirdim və oxudum. Lakin filmdəki sonluqdan fərqli bir son ilə qarşılaşdım. Kitabın sonunda əsərin qəhrəmanı, doqquz yaşlı Bruno adlı oğlan itkin düşürdü. Buna baxmayaraq hadisələrin gedişatını anlamaq mümkündür. Belə ki, Bruno və ailəsi atasının işinə görə yaşadıqları yeri tərk edib, başqa bir yerə köçürlər. Bruno buraya dostlarını geridə qoyaraq gəlir və burada oynamağa dostu olmur. Kəşfiyyatı sevdiyi üçün kəşfiyyata çıxır, teldən hasara rast gəlir. Hasarın digər tərəfində cizgili pijamalı oğlan görür və onunla dost olur. Ümumiyyətlə, çox ağır, lakin oxunmalı bir kitabdır. Necə deyərlər, qısa və öz idi. Mən kitabı oxuduqca hadisələr gözümün önündə canlandı, məni dərin düşüncələrə apardı. Çox bəyəndiyim bir kitab oldu. Sizlərə də kitabı oxumağınızı tövsiyə edirəm.
Edebiyat
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,6bin okunma
·
105 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.