Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

514 syf.
9/10 puan verdi
·
3 günde okudu
Ağır idi..
Bitirən kimi incələmə yazmaq istədim. İlk olaraq onu deyim ki, yazar çox axıcı və rahat dillə yazmışdı. Tərcüməsi isə daha yaxşı idi. Elə ona görə, 2 gün arayla oxumaqla + bu gün 380 səhifəni oxumaqla çox zövq aldım. Hisslər bizə çox gözəl aşılanmışdı. Bəzi cümlələr qəlbimə, bəzi cümlələr isə əsəbimə çox incə-incə işlənirdi. Və əsərin avtobioqrafik olması, bunların yaşandığını düşünmək.. Keçək kitab haqqında düşüncələrimə. Spoiler ola bilər. Bu həyata biz bir dəfə gəlirik. Mən hər zaman bu düşüncə ilə qərarlarımı alıram. Bu əsərdə də bunu düşünməyim və ona uyğun yanaşmağım məni dəli etdi. Çünki Məsumə də həyata bir dəfə gəlmişdi.. Və onun həyatı, xoşbəxtliyi "NAMUS" adı altında əlindən alınması mənə çox təsir etdi. Məni üzən şeylərdən biri də bu idi ki, bu həyat kimi yüzlərlə, minlərlə həyat var, neçə-neçə qadınlar necə zülümlərə düçar olublar. Mən onun xoşbəxt olacağına sonacan düşünürdüm. Amma unutmuşdum ki, öz həyatını kimlərəsə - atasına, anasına, qardaşlarına, ərinə, uşaqlarına verən bir qadın necə xoşbəxt olsun? Fədakarlığın gətirdiyi uçurumun ən ucunda ayıldı, tək olduğunu onda anladı sanki. Artıq onun xoşbəxtliyi belə uşaqları üçün qınaq nöqtəsinə çevrildikdə nələrisə - artıq əziyyətin və fədanın verdiyi peşmanlığını çəkdi. Onun yoldaşı.. Məni dəli olmağa vadar edirdi. Heç bir kitabda bu qədər əsəbləşməmişdim. Onun doğru insan olmadığını heç zaman qəbullana bilmirdi sanki. Onun heç zaman dəyişməyəcəyini qəbullana bilmirdi sanki. Ailə-uşağın onu düzəldəcəyinə inanırdı. Son an'a qədər də buna inandı. Bacarmadı, inamı onun üzünə 2 ci dəfə eyni gecələri yaşadığı an çırpıldı. Boş inanclar. Boş çabalar. Onu yenə axtarmağı.. Sevməsə belə uşaqları üçün ailə olmaq üçün canını fəda edən Məsumə. Kitabda təsirləndiyim cümlələrdən biri də bu idi; " Bu həyatda hamının payını ayırıb kənara qoyurdular ki, o payı özü yeyə. Hərdən mənə elə gəlirdi ki, mənim payım olmayıb." Artıq yavaş-yavaş fədakarlığın nələrə yol açdığını, çıxdığı yolda yoldaşsız qaldığını hiss eləyirdi. Onun həqiqətən də bu həyatdan bir payı yox idi, sonda tək, anlaşılmamış, hissləri olmayan bir qadın kimi qaldı. Mən bir övlad kimi, bir qadın kimi, bir bacı kimi, gələcəyin bir anası kimi bu əsərdən çox nəticə çıxardım. Daha da uzatmaq istəmirəm.. Çalışın, ən birinci öz dəyərinizi bilin. Güclü olmaq bəzən özündən də keçmək demək deyil. Güclü olmaq özünü sevməklə başlayır.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,532 okunma
·
395 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.