Əgər həyat birini qarşımıza çıxarırsa, demək ki, nəsə deməyə çalışır. Həyat dinmir, danışmır və sənə heç bir şey söyləmir, sadəcə döyərək, sənə travmalar yaşadaraq, bəzən birini həyatına daxil edərək, bəzən də həyatından çıxarıb, sənə həsrət duyğusunu daddırmaqla səni formalaşdırır. O, sənə hər zaman dərs verir, nəyi öyrənəcəyini özün seçirsən.