10/10
·712 syf.··
2023 10. kitabı
·
10 günde okudu
·
Okunma: 04 Ağustos 2023 01:34
Bilimkurgu səhv etmirəmsə, elmi-fantastik adlandırılır bizim dildə. Kitab elmi-fantastik klassiklərindən biridir, 6 kitablıq seriyadır. Kitabdakı dünyada baş verən hadisələri daha dərindən anladan, Frank Herbertin oğlu tərəfindən yazılmış yan seriyalar da olmalıdı səhv etmirəmsə. Bir kitabı oxumağa başlayanda önünü, arxasını, önsözünü, müəllif haqqında məlumat varsa onu oxuyuram, bir də başqa müəlliflərin, ya da məşhur qəzetlərin və s. kitab haqqında yazdığı kiçik rəylər də yer alır çox vaxt kitabın arxasında, hansı ki bu rəyləri gözardı edirəm çox vaxt, çünki sadəcə tərifləməkçün yazılmış sözlər olduğunu düşünürəm, əksərən haqlı da oluram. Dune'un arxasında Arthur C. Clarke tərəfindən yazılmış tək bir rəy var idi: "Üzüklərin Hökmdarı xaricində bu kitabla müqayisə olunacaq başqa bir kitab yoxdu". Əvvəl bunun da mənasız bir iddia olduğunu düşünmüşdüm, amma belə deyilmiş. Üzüklərin Hökmdarını çox sevməsəm də, epik-fantastik janrın banilərindən olduğu üçün Tolkienə hörmət edirəm, o qədər qəliz, zəngin dünya yaratdığı və özünü bu dünyaya həsr etdiyi üçün. Frank Herbert də həqiqətən bununla müqayisə ediləcək qədər gözəl, bir o qədər acınacaqlı tərəfləri də olan Dune, digər adıyla Arrakis planetini yaradıb. Kitabda yaradılan dünyanın zənginliyini kitabın sonunda planetin ekologiyası, burda hökm sürən dinin tarixi, dini təşkilatlar və s. üçün ayrılmış əlavə hissədən də anlamaq mümkündür. Kitabın arxasında oxuyarkən işlədəcəyiniz termin lüğəti belə var. "Rüzgarın adı" ilə fərqli janrlarda olsa da, onu oxuyandan bəri ilk dəfədir ki, onun məndəki yerini sarsıda biləcək kitab hissiyatı verdi mənə. Çox sevdim. Kitab haqqında çox şey demək istəmirəm, amma qısaca çöllərdən ibarət, tamamən fərqli adət-ənənələrin hökm sürdüyü, nəmin insanlar üçün böyük rol oynadığı, "baharat" adlandırılan maddənin çıxarıldığı Dune'u oxuyacaqsız.
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
·
91 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.