Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

455 syf.
10/10 puan verdi
“Qızım,şimal səmti göstərən kompasın əqrəbi kimi,kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır.Hər şeydə.”Necə də doğru cümlədi. Məlalə mənəm və Min möhtəşəm günəş kitabında kişi və qadın ayrıcalığı ilə qarşılaşdım və təəsüflər olsunki hələdə bu tip şeylər davam edir və bu hal məni çox üzür. Məlalə mənəm kitabında olan bəzi məlumatları oxuyarkən şok içərisindəydim.Pakistanda bişirilən yeməkdə belə qadın və kişi ayrıcalığı qoyurlar.Düşünə bilirsiz?!yemək də belə!Sadəcə dəhşətdir... Min möhtəşəm günəş kitabında isə ata öz qızını(Məryəm)özündən yaşca böyük olan bir kişi ilə evləndirərək həyatını puç edir.ancaq sonra atası vicdan əzabı və peşmançılıq çəkir.Necə deyərlər sonraki peşmançılıq nəyə yarar.Leylanın həyatını isə müharibə puç edir. Həyat,iki qadını müharibə və bir kişinin həyat yoldaşı kimi birləşdirir.İki qadının çətin həyatı ürək parçalayır.Həyatları çətin olsa belə,bir birinə kömək və fədəkarlıq edərək,güclü olaraq bir çox şeyin üstəsindən birlikdə gəlirlər. Kitabı gözəlləşdirən tərəfləri Məryəmin fədəkarlığı və saflığı,Leyla ilə Tariqin sevgisi idi. ”Amma daha çox Leylanın qəlbindədir Məryəm,o yerdə ki Məryəmin özü,onun xatirəsi min günəşin işiğı kimi şəfəq saçır.”O qədər toxunmuşduki bu cümlə mənə. Məryəmin fədəkarlığını,Leylanın isə sevgisini heç vaxt unutmayacağam.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,6bin okunma
·
107 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.