Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Skelet -adam --yeni kamera yoldaşı!
Qapı açıldı , kameraya yeni dustaq gətirdilər. Onu görəndə Unistonun bədənindən soyuq gizilti keçirdi. Qapı açıldı . Zabit əlinin güclə sezilən hərkəti ilə sifəti kəllə sümüyünə bənzəyən adam göstərdi. -101 -ci otağa! -dedi Uniston yaxınlığında kimsə için çəkib yerində qurdalanmağa başladı. Skelet-adam əlləri bir -birinə sıxılmış halda dizi üstə döşəməyə çökdü. -Yoldaş zabit! - deyə zarımaga başladı. - Yalvarıram , məni ora aparmayın. Bəyəm hər şeyi açıb deməmişəm? Daha nə öyrənmək isdəyirsiz ? Axı boynuma almalı heç bir günah qalmayıb . Sizə nə lazımdırsa , deyin , bu dəqiqə etiraf etməyə, öz üstümə götürməyə hazıram. Nə , istəyirsinizə yazın , hər şeyin altından qol çəkirəm . Amma 101 -ci otağa aparmayın. 101-ci otağa ! -zabit əmrini təkrarladı. -Başıma nə oyun istəyirsinizə, açın! -deyə fəryad qopardı. Məni həftələrcə ac saxlamısız . İşinizi başa çatdırın. Qoyun acından ölüm. Güllələyin! Asın! İyirmi beş il iş verin ! Daha kimi satmagımı istəyirsiz? Sadəcə deyin , bütün istəklərinizi yerinə yetirməyə hazıram. Ələ verəcəyim adamı kimliyi, onun başına nə oyun açacağınız məni qəti maraqlandırmır. Arvadım, üç uşagım var . Böyüyünün hələ altı yaşı tamam olmayıb. Hamsını tutub gətirin . Gözümün qabağında başların kəsin . Sakitcə durub baxacağam. Amma məni 101 - otağa aparmayın. -101 -ci otağa ! -zabit əmrini təkrarladı.
Sayfa 307 - Dustag - Skelet -adamKitabı okudu
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.