·584 syf.····Okunma: 07 Ağustos 2023 15:32 Dünyamıza Aedenlilərin gözündən baxmağa çalışaq. İnsanıq, yoxsa “insansı”yıq? Əsərin məğzi planetimizdəki reallığı, etdiyimiz səhvləri yeri gələndə sətiraltı, yeri gələndə isə dümdüz üzümüzə vurmasındadır. Canlılar ayrı-ayrılıqda deyil, bir BÜTÜNün hissələridir. Yaşamın hər formasına hörmət etməyi bacaranlar, yarğılamayanlar ancaq təkamüldə həqiqi insan ola bilər. Bir gün planetimizdə də gerçək insanların doğulması diləyiylə! Oxumaq istəyən hər kəsə xoş mütaliələr!